London və Tbilisi arasında birbaşa uçuşlar başlayacaq

Böyük Britaniyanın “British Airways” və “EasyJet” aviaşirkətləri martın sonundan Gürcüstana uçuşlara başlayacaq.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Böyük Britaniyanın Gürcüstandakı səfiri Qaret Uord bildirib.
“Tezliklə London və Tbilisi arasında birbaşa uçuşlar olacaq. "British Airways" və "EasyJet" martın sonundan Gürcüstana uçuşlar həyata keçirəcək” - deyə səfir bildirib.