Nasist salamı verdiyi iddia edilən Maska Netanyahudan mesaj

Amerikalı milyarder İlon Mask nasist salamı verməkdə ittiham edildikdən sonra İsrail Baş nazir Benyamin Netanyahu ona dəstək mesajı verib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.

“Mask yalanla ləkələnir. İlon Mask İsrailin böyük dostudur. 7 oktyabr qətliamından sonra İsrailə gəldi və o vaxtdan bəri soyqırımı törədən terrorçular və yeganə yəhudi dövlətini məhv etməyə çalışan rejimlərə qarşı İsrailin özünümüdafiə hüququnu dəfələrlə və güclü şəkildə dəstəklədi. Bunun üçün ona təşəkkür edirəm”, - Netanyahu bildirib.

Xatırladaq ki, Mask yanvarın 20-də ABŞ Prezidenti Donald Trampın andiçmə mərasimi zamanı diqqətçəkən davranışı ilə gündəmə gəlmişdi, bəziləri bunu nasist salamı kimi qiymətləndirmişdi.