Tramp Putinlə görüşsə və razılıq əldə etsə də... - Qvozdenko

ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putinin mümkün görüşü çətin ki, Ukraynada müharibəni dərhal dayandırsın, hətta onlar nəyisə razılaşdıra bilsə belə.

Axar.az xəbər verir ki, bunu ukraynalı ekspert Pavel Qvozdenko deyib.

"Amma Amerika Birləşmiş Ştatlarının qlobal geosiyasətdəki gücünü və çəkisini nəzərə alsaq, görünür, bəzi mexanizmlər var ki, müharibəni bir gündə olmasa da, kifayət qədər tez bir zamanda başa çatdırmaq olar", - o bildirib.

Ekspertin fikrincə, xüsusilə bu mexanizmlər iqtisadi xarakterli ola, təcavüzkarın resurs əldə etməsinə imkan verməyən sanksiyalar tətbiq edilə bilər:

"Digər mexanizm isə Ukraynanı kifayət qədər silah və sursatla təmin etməkdir".