
Zelenski ABŞ-dən çox Aİ-yə ümid edir -ŞƏRH
09:11 03.02.2025
Dünya
533
Ukrayna lideri Volodimir Zelenski bəyan edib ki, Moskva, həmçinin Brüssel, Vaşinqton və Kiyevin iştirakı ilə münaqişənin sülh yolu ilə nizamlanması üzrə danışıqlara başlanacağını gözləyir.
Bu barədə siyasətçi “Associated Press” agentliyinə müsahibəsində bildirib.
O, həmçinin komandasının Tramp administrasiyası ilə əlaqə saxladığını, lakin məsləhətləşmələrin hələ də ümumi xarakter daşıdığını təsdiqləyib:
“ABŞ prezidenti Donald Trampla danışdıqdan sonra ruslarla hansısa söhbət formatına keçməliyik. Mən ABŞ, Ukrayna və Rusiyanı danışıqlar masası arxasında görmək istərdim. Avropa Birliyinin də səsi eşidilməlidir. Düşünürəm ki, ədalətli, səmərəli olardı. Amma bunun necə olacağını bilmirəm”.
V. Zelenski atəşkəs planı hazırlamaq üçün ABŞ prezidenti ilə tez bir zamanda şəxsi görüşə ümid etdiyini bildirib, eyni zamanda Vaşinqtonun Kiyevin iştirakı olmadan Moskva ilə ciddi müzakirələr aparması ilə bağlı bəyanatından narazılığını ifadə edib.
Siyasi şərhçi Kənan Novruzov "Sherg.az"a bildirib ki, artıq Zelenskinin danışıqlarla bağlı mövqeyi "yumşalıb":

"Ukrayna Prezidenti başa düşür ki, mövcud şərtlər daxilində çox müqavimət göstərsə və ya ciddi iddialarla çıxış etsə, vəziyyət gələcəkdə daha pis ola bilər. Hətta ABŞ-nin Zelenskini devirməsinə dair müəyyən siqnalları var. Buna görə də o, hazırda bütün şanslarını tükətməmək və riskə getməmək lazım olduğunu anlayır. Həmçinin daha pis "ssenarinin" qarşısını almaq üçün pislərin içində ən yaxşısını seçməlidir. Məhz Ukrayna heç bir halda razı deyil ki, ABŞ və Rusiya arasında onun müqəddəratı ilə bağlı danışıqlardan kənarda qalsın. Çünki Moskva və Vaşinqton müharibəni müzakirə etsə, Kiyevin xeyrinə olmayacaq. Buna görə də Zelenski özü də masada olmaq niyyətindədir".
Şərhçinin fikrincə, Ukrayna Prezidentinin danışıqlarda Aİ-nin də olmasını istəməsinin müəyyən səbəbləri var:
"O güman edir ki, əgər ABŞ hansısa məqamda tamamilə Ukraynanın maraqlarına zidd addımlar atsa, Aİ buna imkan verməyəcək. Çünki keçmiş Bayden administrasiyasına nisbətən Tramp hakimiyyəti Rusiyaya daha loyal münasibət bəsləyir və müharibəni dayandırmaq fikrindədir. Ümumiyyətlə Rusiya-Ukrayna münaqişəsi ilə bağlı ABŞ-nin mövqeyi Aİ ilə o qədər də üst-üstə düşmür. Əksinə, Brüssel və Vaşinqton arasında ziddiyətlər var. Buna görə də Zelenski ABŞ-dən çox Aİ-yə ümid edir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm