Trampdan Zelenskiyə: Amerika buna daha dözməyəcək!

ABŞ prezidenti Donald Tramp Zelenskinin Rusiya ilə müharibənin sonunun hələ çox uzaq olduğu ilə bağlı açıqlamasına cavab verib.

Sherg.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə özünün Truth hesabında yazıb.

"Bu, Zelenskinin edə biləcəyi ən pis bəyanatdır və Amerika buna daha dözməyəcək! Amerika onu dəstəklədiyi müddətcə bu adam sülh istəmir və Avropa Zelenski ilə görüşündə Amerikasız bu işi görə bilməyəcəklərini açıq şəkildə bildirdi. Rusiyaya qarşı güc nümayişi baxımından çox da yaxşı bəyanat deyildi. Onlar nə düşünürlər?", - o bildirib.