Dövlət Baxçalı iki aydan sonra ilk dəfə görüntülənib - VİDEO

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı iki aydan sonra ilk dəfə görüntülənib.
APA xəbər verir ki, MHP sədri Dövlət Baxçalı xəstəlikdən sonra ilk dəfə ictimaiyyət arasında görünüb.

MHP lideri partiyanın qurucu sədri Alparslan Türkeşin vəfatının 28-ci ildönümündə Ankarada onun məzarını ziyarət edib.

Baxçalı daha sonra partiyanın qərargahına gedib.

Qeyd edək ki, MHP sədri fevarlın 6-da ürək qapağı xəstəliyindən əməliyyat olunub. O, həmin tarixdən istirahətdə idi.

Telegram Widget
Please open Telegram to view this post
VIEW IN TELEGRAM