ABŞ-da qanuni yaşayan ukraynalılara ölkəni tərk etmələri ilə bağlı yanlış məlumat göndərilib

“Bu həftə ərzində ABŞ ərazisində qanuni yaşayan xeyli sayda ukraynalıya onların müvafiq statuslarının ləğvi və ölkəni tərk etməli olduqları ilə bağlı bildiriş göndərilib”.

APA “Reuters“ə istinadən xəbər verir ki, məktubda bu qərara tabe olmayanların məsuliyyətə cəlb olunacağı da açıqlanıb.

Məktubun mətni yayıldıqdan sonra ABŞ-ın Daxili Təhlükəsizlik Departamenti məktubların yanlışlıqla göndərildiyi barədə məlumat yayıb.

Qurumdan həmçinin, Ukrayna vətəndaşlarının ABŞ ərazisində yerləşdirilməsi ilə bağlı dövlət proqramının dayandırılmadığı bildirilib.