Moldova qaz nəqli şəbəkələrinin Rusiyadan ayrılmasını sürətləndirir
Yusif Nəzərli
17:31 09.04.2025
Dünya
302
Moldovanın Enerji Tənzimləməsi üzrə Milli Agentliyi (ANRE) “Moldovaqaz” ASC-yə qaz nəqli şəbəkələrinin törəmə müəssisəsi olan “Moldovatransgaz”a ayrılması prosesini bu ilin iyulun 31-dək başa çatdırmağı tapşırıb.
Teleqraf xəbər verir ki, agentlik bu qərarın ölkənin enerji müstəqilliyi və davamlılığına dair bu il fevralın 4-də imzalanmış birgə strategiya çərçivəsində qəbul edildiyini açıqlayıb.
Agentlikdən bildirilib ki, bu addım Moldova Respublikasının Avropa İttifaqı qarşısında götürdüyü öhdəliklərə əsaslanır və Rusiyadan təbii qaz asılılığının tam aradan qaldırılmasını hədəfləyir.
Məlumata görə, əgər “Moldovaqaz” göstərilən tarixədək ayrılma prosedurunu tamamlamasa, şirkətin təbii qaz tədarükünə dair lisenziyası ləğv ediləcək. Bu halda ANRE yeni təchizatçı təyin edəcək və istehlakçılara tənzimlənən tariflərlə qaz çatdırılmasını təmin edəcək.
“Moldovaqaz” rəhbərliyi isə qərarla bağlı əsas səhmdar “Qazprom”a məlumat verəcəyini bəyan edib. Şirkətin rəhbəri vəzifəsini icra edən Vadim Çeban bildirib ki, qaz nəqli aktivləri ilə bağlı növbəti addımlar, o cümlədən “Moldovatransqaz”ın sertifikatlaşdırılması “Qazprom” və Moldovanın İctimai Əmlak Agentliyi tərəfindən həyata keçiriləcək.
Çeban qeyd edib ki, “Moldovaqaz” daha əvvəl bu məsələ ilə bağlı öz mövqeyini təqdim edib. Şirkət prosesin 2026-cı il aprelin 1-dək tamamlanmasını daha uyğun hesab edir ki, bu da səhmdarların qərarlarının razılaşdırılması və bütün zəruri əməliyyatların həyata keçirilməsi üçün imkan yaradar.
Qeyd edək ki, Moldovanın qaz nəqli sistemi (QTS) 2023-cü ildən Avropa İttifaqının üçüncü enerji paketi çərçivəsində beş il müddətinə Rumıniyanın “Vestmoldtransgaz” şirkətinin idarəçiliyinə verilib. Qaz nəqli sistemi (QTS) “Moldovaqaz” ASC-yə məxsusdur və şirkətin əsas səhmdarı 50% payla Rusiyanın “Qazprom” şirkətidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya
Bakıda Xəzərlə bağlı xəbərdarlıq: Ciddi təhlükə...
17:26 19.05.2026
Cəmiyyət
Ermənistan baş nazirliyinə namizəd FSB əməkdaşı çıxdı - FOTO
17:24 19.05.2026
Region
Hörmüzdəki risklər dünyanın diqqətini Azərbaycana yönəldib - ŞƏRH
17:14 19.05.2026
Gündəm