Sabirabadda ikimərtəbəli ev yandı

Sabirabadda ikimərtəbəli ev yanıb.

Sherg.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Sabirabad rayonunun Kürkəndi kəndində ümumi sahəsi 340 m² (hər mərtəbəsi 170 m²) olan ikimərtəbəli 7 otaqlı evin yanar konsturksiyaları 200 m² sahədə yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.