Dominikanda gecə klubunun damının uçması nəticəsində ölənlərin sayı 124-ə çatıb

Dominikan Respublikasının paytaxtında Santo Dominqoda “Jet Set” gecə klubunun damının uçması nəticəsində ölənlərin sayı 124-ə çatıb.

“Report” xəbər verir ki, bu barədə “Listin Diario” qəzeti Santo Dominqo Fövqəladə Hallar Xidmətinin direktoru Xuan Manuel Mendesə istinadən məlumat yayıb.

Qeyd olunur ki, 155 nəfər xəstəxanaya yerləşdirilib. Hadisənin səbəbləri hələlik açıqlanmayıb.