ABŞ-la birbaşa danışıqlar mənasızdır - Arakçı

Rəsmi Tehran ABŞ-la birbaşa danışıqları mənasız hesab edir.

Axar.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Arakçı deyib.

“BMT Nizamnaməsini pozaraq daim güc tətbiq etməklə hədələyən tərəflə birbaşa danışıqlar mənasız olardı”, – Arakçı bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl İran rəhbərliyinin Vaşinqtonla dialoqu vasitəçilərlə deyil, birbaşa aparmaq istədiyini söyləmişdi.