İran AES-lərin istifadəyə verilməsi prosesini sürətləndirəcək - Vitse-prezident
Yusif Nəzərli
14:44 12.04.2025
Dünya
456
İran AES-lərin istifadəyə verilməsi prosesini sürətləndirəcək.
Trend-in məlumatına görə, bunu İranın vitse-prezidenti və Atom Enerjisi Təşkilatının sədri Məhəmməd Eslami bu gün İranın cənubunda yerləşən Fars vilayətində plazmaterapiya klinikasının istifadəyə verilməsi ilə əlaqədar təşkil olunan tədbirdə deyib.
Onun sözlərinə görə, İran uranın zənginləşdirilməsi prosesini həyata keçirməsəydi, ölkədəki mövcud reaktorları istifadəyə verə və işlədə bilməzdi.
"Məhz buna görə İranın rəqibləri strateji məqsədini hədəf alıb. Hazırda isə İran artıq bu mərhələni keçib və zənginləşdirməni sənaye sektoruna daxil edib", - o qeyd edib.
Eslami deyib ki, İranın uranı zənginləşdirməsi ölkədə atom elektrik stansiyalarının istifadəyə verilməsinə təkan verib. Belə ki, İranda 2041-ci ilədək ildə 20 min meqavatlıq elektrik istehsal edə biləcək Atom Elektrik Stansiyaları istifadəyə veriləcək. İranda fəaliyyət göstərən yeganə AES (Buşehr AES) indiyədək 72 milyard kilovat saat elektrik istehsal edib. İran AES-lərin istifadəyə verilməsi prosesini sürətləndirəcək.
Qeyd edək ki, bu gün Fars vilayətinin Cəhrom rayonunda plazmaterapiya klinikası istifadəyə verilib. Bu klinikada ixtisaslı şəkildə yaraların müalicəsi aparılır. İran ölkə ərazisində belə klinikaların sayını tezliklə 50-yə çatdırmaq niyyətindədir.
Qeyd edək ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi 3 martda agentliyin Direktorlar Şurasının iclasında bildirib ki, İran 60%-ə qədər zənginləşdirilmiş uranın həcmini ötən rüblə müqayisədə 182 kiloqramdan 275 kiloqrama artırıb. İran uranı bu səviyyəyə qədər zənginləşdirən yeganə qeyri-nüvə silahı dövlətidir. Bu isə ciddi narahatlıq doğurur.
Əlavə edək ki, 2020-ci ilin sonlarında İran parlamenti İrana qarşı sanksiyaların tətbiq olunmasını əsas gətirərək sanksiyaların ləğv edilməsi məqsədilə nüvə sahəsində strateji planın icra edilməsinə qərar verib. İran parlamentinin qərarına əsasən İran 23 fevraldan nüvə sazişində nəzərdə tutulan əlavə addımlar və əlavə protokolun icrasını dayandırıb. Bununla MAQATE-nin nəzarət mexanizmi 20-30% azalıb.
İran rəsmi səviyyədə bildirir ki, İranın strategiyası atom bombasını əldə etməməkdir və İran kütləvi qırğın silahlarının istehsalını əsla dəstəkləmir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual