Merts: “Taurus" sistemləri yalnız Avropa tərəfdaşları ilə razılaşdırıldıqdan sonra Ukraynaya göndərilə bilər"

Almaniya uzaqmənzilli "Taurus" sistemlərini raketləri yalnız Avropa tərəfdaşları ilə razılaşdırıldıqdan sonra Ukraynaya təhvil verilə bilər.

APA xəbər verir ki, bu barədə ölkənin gələcək kansleri Fridrix Merts bildirib.

“Bu məsələ mütləq şəkildə koordinasiya olunmalıdır. Əgər bu baş tutarsa, Almaniya da prosesdə iştirak etməlidir”, — deyə siyasətçi bildirib.

Onun sözlərinə görə, Ukrayna ordusu artıq müdafiə mövqeyindən çıxmalı və daha fəal mövqe sərgiləməlidir.