Rusiya Federasiya Şurası Rusiya və İran arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında müqavilənin ratifikasiyası haqqında qanunu təsdiqləyib.
APA-nın Moskva bürosu xəbər verir ki, Rusiya parlamentinin yuxarı palatasının bu gün keçirilən plenar iclasında bu ilin yanvarın 17-də imzalanmış Rusiya və İran arasında imzalanan Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında müqavilənin ratifikasiyası haqqında qanuna baxılıb.
Federasiya Şurası Dövlət Dumasının aprelin 8-də ratifikasiya etdiyi Müqaviləni təsdiqləyib.