
Trampın fiaskosu: Parisdə ciddi qərarların qəbulu gözlənilmir
11:21 17.04.2025
Dünya
462
Paris görüşü Avropanın təhlükəsizliyi, gələcəyi və Ukrayna müharibəsinin gələcəyini müəyyənləşdirəcək
Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak, xarici işlər naziri Andrey Sibiqa və müdafiə naziri Rustem Umerov Parisə gediblər.
Bu barədə Andrey Yermak özünün Telegram kanalında bildirib.
Onun sözlərinə görə, səfər çərçivəsində “Arzuedənlər Koalisiyası” və təhlükəsizliyi təmin etməyə hazır olan dövlətlər, xüsusən, Fransa, Almaniya və Böyük Britaniyanın nümayəndələri ilə bir sıra ikitərəfli və çoxtərəfli görüşlərin keçirilməsi planlaşdırılıb.
Hazırda Fransada səfərdə olan ABŞ nümayəndələri ilə də görüşlər nəzərdə tutulub.
“Bütün Avropanın və Ukraynanın təhlükəsizliyi üçün vacib məsələlər üzərində çalışırıq”, - Yermak əlavə edib.
Ukrayna Xarici İşlər Nazirliyi də nümayəndə heyətinin təhlükəsizlik və davamlı sülhlə bağlı məsləhətləşmələr üçün Parisə səfər etdiyini bildirib.
XİN ukraynalı məmurların ABŞ nümayəndələri ilə görüşlər planlaşdırdığını təsdiqləyib.
Qeyd edək ki, ABŞ Dövlət katibi Marko Rubio və Prezident Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff da Parisdə səfərdədir.
Politoloq Natiq Miri "Sherg.az"a deyib ki, sözügedən görüşün əsas məqsədlərindən biri ABŞ-Rusiya danışıqlarından sonra yaranan vəziyyətlə bağlıdır:

"Çünki Parisə təkcə Ukrayna və Avropa üzrə müttəfiqlər deyil, eyni zamanda ABŞ-nin dövlət katibi Marko Rubionu və Rusiyada danışıqlar aparan Uitkoff da gedib. Putinlə olan söhbətlər və onun tələbləri Vaşinqton, Brüssel və Kiyev arasında ciddi müzakirə predmeti olacaq. Ona görə ki, ABŞ birtərəfli qaydada Ukraynanın güzəştə getməsi ilə müharibənin bitməsində maraqlıdır. Çünki Donald Tramp üçün əsas hədəf münaqişəsinin başa çatması yox, Çindir. Bu baxımdan müharibənin bitməsinə ehtiyac var ki, Rusiya normal səviyyədə ayaqda dura bilsin. Nəticədə ABŞ onu öz yanına çəkməklə Çinin təklənməsinə nail olsun. Bunu Avropa Birliyi (AB) və Ukrayna da çox gözəl başa düşür. Eyni zamanda təkcə Ukraynanın deyil, Avropanın da təhlükəsizlik məsələsi də çox ciddi gündəm olaraq ortaya çıxıb. Ukrayna Rusiya tərəfindən tamamilə məhv edilərsə, Putin bununla dayanmayacaq. Bunların hər biri görüşdə müzakirə olunacaq. İlk növbədə Kiyevin, o cümlədən Avropanın maraqlarına uyğun tələblər ABŞ-nin qarşısına qoyulacaq. Vaşinqton Moskva ilə danışıqlarda bütün bunları mütləq nəzərə almalıdır. Əks təqdirdə ABŞ-a anladılacaq ki, sülh məsələsi baş tutmayacaq və müharibə davam edəcək. Bu isə Trampın ən böyük fiyaskosu olacaq".
Politoloqun sözlərinə görə, Parisdəki görüşdə o qədər də ciddi qərarların qəbul edilməsi gözlənilmir:
"Ümumiyyətlə Rusiya-Ukrayna müharibəsi ilə bağlı ortaq konkret nəticəyə gəlinməsə, atəşkəs olmayacaq. Bu mənada Paris görüşü Avropanın təhlükəsizliyi, gələcəyi və Ukrayna müharibəsinin gələcəyini müəyyənləşdirəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev Donald Trampa məktub ünavlayıb
20:42 08.08.2026
Gündəm
Dalğa Putinə qarşı çevrilir: Boğulan adamdan ehtiyat edin
20:19 08.08.2026
Gündəm
Pezeşkian: İran dialoqa hazırdır, lakin güzəştə getməyəcək
20:02 08.08.2026
Gündəm
İlham Əliyev G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür edib
19:54 08.08.2026
Gündəm
Prezident İlham Əliyevlə Tramp arasında telefon danışığı olub
19:37 08.08.2026
Gündəm
Onlar regionu tərk etməlidir - Vilayəti
17:48 08.08.2026
Dünya
41 dərəcə isti: Nazirlikdən əhaliyə xəbərdarlıq
17:29 08.08.2026
Ekologiya
Paşinyan Əliyevə zəng etməsindən danışdı
16:52 08.08.2026
Gündəm
ABŞ Azərbaycanın sülh gündəliyinə güclü dəstək verdi – ŞƏRH
16:23 08.08.2026
Gündəm
“Barselona” Arauxonu “Liverpul”a göndərir
15:45 08.08.2026
Futbol
Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır
15:37 08.08.2026
Dünya
Lionel Messinin atası vəfat edib
15:11 08.08.2026
Futbol
Almaniyanın mühüm hərbi bazası üzərində naməlum dronlar uçub
14:34 08.08.2026
Dünya