Türkiyə Prezidenti: Rusiya-Ukrayna danışıqlarında tərəflərə təzyiqsiz dəstək vacibdir

“Rusiya-Ukrayna danışıqlarında, prosesin həssaslığını nəzərə alaraq, ədalətli və davamlı sülhə nail olmaq üçün tərəfləri heç bir təzyiq göstərmədən həvəsləndirmək çox vacibdir”.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tiranada "Avropa Siyasi Birliyi"nin 6-cı Zirvə toplantısında çıxışı zamanı bildirib.

O qeyd edib ki, Ukraynada silahların susması və sülh üçüm zəminin yaradılması dönəmidir.

Ərdoğan Türkiyənin başda daimi atəşkəs olmaqla bütün həll yollarına dəstək verdiyini vurğulayıb.