HƏMAS-ın liderlərindən Məhəmməd Sinvarın meyiti Qəzza zonalığının cənubunda, Xan Yunis şəhəri yaxınlığındakı tunellərdən birində aşkarlanıb.
Teleqraf xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.
Bildirilib ki, Məhəmməd Sinvarın qardaşı və əlavə 10 döyüşçünün cəsədi həmin tuneldə tapılıb. HƏMAS hələ ki, məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Qeyd edək ki, İsrail Müdafiə Qüvvələri mayın 13-də Xan Yunisdəki Avropa Xəstəxanasının altında yerləşən yeraltı qərargaha hava zərbəsi endirdiyini açıqlamışdı. Əməliyyatın HƏMAS-ın hərbi qanadı "İzzəddin əl-Qassam Briqadaları"nın komandiri Məhəmməd Sinvarı hədəf aldığını bildirilmişdi.