Ukrayna Prezidenti Volodimir Zelenski Vatikanda ABŞ-nin vitse-prezidenti Ceyms Devid Venslə görüşüb.
Teleqraf xəbər verir ki, görüş mayın 18-də Papa XIV Leonun taxta çıxma mərasimi zamanı baş tutub.
Siyasətçilər görüş zamanı bir-birlərinin əlini sıxıblar.
Qeyd edək ki, Zelenski ilə Vens arasında son görüş bu ilin fevral ayında Ağ Evdə baş tumuşdu. Zelenski ABŞ-nin daha çox hərbi yardım göstərməsini tələb etmiş, bu isə vitse-prezident Ceyms Devid Venslə Ukrayna lideri arasında mübahisəyə səbəb olmuşdu.