Zelenski Trampa məktub yazdı

Ukrayna Prezidenti Volodimr Zelenski amerikalı həmkarına müdafiə-sənaye və ticarət sahələrində əməkdaşlıqla bağlı yeni təkliflərin yer aldığı məktub göndərib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna prezidentinin ofisi məlumat yayıb.

Zelenski məktubu Romada ABŞ-nin vitse-prezidenti J.D.Vens və dövlət katibi Marko Rubio ilə görüşdən sonra yazıb.

Qeyd edək ki, aprelin 30-da ABŞ və Ukrayna mineral ehtiyatlara dair saziş imzalayıblar. Sənəd hasilat sənayesində birgə layihələr üçün investisiya fondunun yaradılmasını nəzərdə tutur: Ukraynanın neft, qaz və digər mühüm resursların yataqlarının işlənməsi və istismarı planlaşdırılır. Fond paritet əsaslarla idarə olunacaq. Kiyev yerin təkinə nəzarəti özündə saxlayır və yeni lisenziyalardan əldə edilən gəlir ölkənin bərpasına sərf olunacaq. Müqavilə Ukraynanın ABŞ qarşısında keçmiş borc öhdəliklərini nəzərdə tutmur.