KİV: Rusiya Ukraynada müharibəni uduzur

Rusiya yavaş-yavaş Ukraynada müharibəni uduzmağa başlayır. Amma Prezident Vladimir Putin məğlubiyyətdən qaçmağı çox yaxşı bacarır.

Teleqraf xəbər verir ki, bu barədə “Foreign Policy” yazır.

“Putin heç vaxt beynəlxalq səhnədəki uğursuzluqlara görə məsuliyyət daşımır, həmişə özünü qalib kimi aparır. O, mayın 9-da Rusiyanın təcrid edilmədiyini və məğlub olmadığını göstərən "qələbə səhnələri" təşkil edə bilsə də, Ukrayna Suriya və ya Gürcüstan deyil”, - Amerika nəşri bildirir.

Məqalədə qeyd olunur ki, cəbhədə Rusiya ordusunun irəliləyişi zəifləyib, itkilər artır:

“Putinin bu və ya digər formada məğlubiyyəti etiraf etməkdən başqa çıxış yolu yoxdur. Kreml müharibə itkilərini ruslardan gizlətməyə çalışa bilər, ancaq öz hekayəsinə nəzarət edə bildiyi müddətcə. Amma iqtisadi nəticələri gizlətmək daha çətindir. Putinin vətəndaşlara "mütləq Putinizm"dən başqa təklif edəcəyi heç nə yoxdur.

Rusiya iki ciddi hərbi dilemma qarşısındadır. Birincisi, irəli gedə bilməməkdir. Rusiya texniki cəhətdən təşəbbüs göstərir, yeni ərazilər ələ keçir, amma bu ətalət heç bir yerə aparmır. Artıq bir neçə aydır Rusiya Pokrovsku (Donetsk) almağa cəhd edir. Bu uğursuzluq böyük itkilərlə müşayiət olunur. Hesablamalara görə, müharibə başlayandan bəri təxminən, 790 min rus əsgəri həlak olub və ya yaralanıb, əlavə olaraq 48 min nəfər itkin düşüb. Təkcə bu il 100 mindən çox itki olub.

Müharibə bu tempdə davam edərsə, 2025-ci ilin sonuna qədər Rusiya 2022-ci illə müqayisədə strateji inkişafa nail olmadan 1 milyon itki həddini keçəcək”.

Nəşr qeyd edir ki, ikinci dilemma Ukraynanın özüdür:

“2022-ci ildə həlledici zərbə vura və ölkəni parçalaya bilməyən Rusiya zəif görünməmək və Ukraynanı təslim olmağa məcbur etməmək üçün dinc əhaliyə zərbə endirmək taktikasını seçib. Bu yanaşma əks nəticə verdi. Rusların addımları ukraynalıları yalnız müqavimət göstərməli olduqlarına inandırdı. Bəli, Ukrayna Rusiya ilə müqayisədə daha kiçik və kasıbdır, “yorma müharibə taktikası” onun üçün əlverişli deyil, amma yüksək əhval-ruhiyyə və innovasiya nümayiş etdirir. Məsələn, dronlar sahəsində. Bunlar ona dayanmağa kömək edir”.

Həmçinin nəşr əlavə edir ki, davam edən müharibə Rusiya iqtisadiyyatını məhv edir:

“Ruslar hələ aclıqdan ölmürlər, amma onlar artıq özlərinə sual verirlər: bu müharibəyə görə qiymət artımına, yoxsul gələcəyə və iqtisadi dalan vəziyyətinə düşməyə dəyərmi? Siyasi lider üçün ən təhlükəli şey öz təşəbbüsü ilə məğlub olan müharibədir”.