Mariya Zaxarova: Putini İstanbulda gözləmək xəstə fantaziya idi

“Ukrayna lideri Volodimir Zelenskinin mayın 16-da İstanbulda keçirilən danışıqlarda Rusiya Prezidenti Vladimir Putini gözləməsi onun xəstə fantaziyası idi”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Diplomat qeyd edib ki, Rusiya nümayəndə heyətinin tərkibi əvvəlcədən açıqlanıb.

“Prezident Putin açıq şəkildə bəyan etmişdi ki, Rusiya nümayəndə heyəti İstanbula gedəcək. Həmin nümayəndə heyəti yüksək rütbəli ekspertlərdən təşkil edilmişdi. Bu, artıq açıqlanıb. Heyətin tərkibi də əvvəlcədən elan edilib. Onlar (Zelenski) guya prezidenti (Putin) gözləyirdilər. Bütün bunlar Zelenskinin özünün xəstə fantaziyasıdır, hamısı uydurmadır”, - Zaxarova bildirib.