Ukrayna XİN Zelenski-Putin görüşünə hazırlıq görür

Ukrayna Xarici İşlər Nazirliyi ölkə prezidenti Volodimir Zelenski ilə Rusiya lideri Vladimir Putin arasında görüş üzərində işləyir.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Andrey Sıbıqa bildirib.

Qeyd edək ki, mayın 16-da Ukraynanın müdafiə naziri Rustem Umerov İstanbulda keçirilən danışıqlar zamanı ölkə liderlərinin mümkün görüşünün müzakirə edildiyini bildirib.