Politoloq: Azərbaycan qarşıdurmanın nə açıq, nə də pərdəarxası tərəfidir
Yusif Nəzərli
07:32 16.06.2025
Region
573
İran rejimi etnik azərbaycanlıları “xarici agent” kimi təqdim edərək daxili repressiyaları “legitimləşdirmək” üçün istifadə edə bilər
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, son vaxtlar bəzi media və sosial şəbəkə hesablarında əsassız və uydurma iddialar yayılır. H.Hacıyev vurğulayıb ki, guya Azərbaycan etnik azərbaycanlıları agent kimi cəlb edib və onları İsrail adından İrana göndərib: "Bu cür absurd və fantastik iddiaların reallıqla heç bir əlaqəsi yoxdur və yalnız qəsdən yayılmış dezinformasiyadan başqa bir şey deyil. Biz bu saxta xəbərləri və əsassız ittihamları qəti şəkildə rədd edirik”. Şərhçilərə görə, Hikmət Hacıyevin bu iddialara dərhal və açıq şəkildə cavab verməsi, onları “uydurma və əsassız” adlandırması tam yerində və düzgün qərardır.
Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, həqiqətən də bu cür ittihamlar Azərbaycana qarşı aparılan hibrid informasiya müharibəsinin bir hissəsidir və ölkənin geosiyasi müstəqilliyini hədəfə alır. Analitik qeyd edib ki, H.Hacıyevin bəyanatı həm daxili auditoriyaya, həm də beynəlxalq ictimaiyyətə ünvanlanan açıq bir siqnaldır:
"Azərbaycan heç bir dövlətin casus şəbəkəsinin vasitəçisi deyil və öz ərazisinin başqa ölkələrə qarşı istifadə olunmasına imkan vermir. Bu cür iddiaların irəli sürülməsi bir neçə səbəblə izah oluna bilər. İran daxilindəki azərbaycanlılardan Tehran rejimi ciddi şəkildə narahatdır. Aydındır ki, Təbriz, Zəncan, Urmiya başda olmaqla digər bölgələrdə yaşayan milyonlarla etnik azərbaycanlının milli şüurunun yüksəlişi İran hakimiyyətini narahat edir. Xüsusilə də 44 günlük Vətən müharibəsi zamanı İranda yaşayan azərbaycanlıların Azərbaycana verdiyi mənəvi dəstək rejimin diqqətindən yayınmayıb. Lakin İranın əsas narahatlığı çox fərqlidir. Belə ki, illərdir İran hakimiyyətinin etnik assimilyasiya və diskriminasiya siyasəti, regionun demoqrafik vəziyyətini süni şəkildə dəyişdirmə cəhdləri, kürdlərlə azərbaycanlılar arasında etnik qarşıdurma yaratmaq təşəbbüsləri bu narahatlığın əsasını təşkil edir".
Siyasi şərhçi bildirib ki, bu qorxular hər nə qədər başadüşülən olsa da, Azərbaycanla heç bir əlaqəsi yoxdur:
"İran hakimiyyətinin yanlış daxili siyasəti nəticəsində bu ölkədə yaşayan azərbaycanlılarla mərkəzi hakimiyyət arasında uçurum yaranıbsa, bunda Bakı günahkar deyil. Əslində indiki məqamda Azərbaycan daha narahatdır. Reallıq budur ki, İran rejimi etnik azərbaycanlıları “xarici agent” kimi təqdim edərək daxili repressiyaları “legitimləşdirmək” üçün istifadə edə bilər. Bu, yeni deyil və illərdir tətbiq olunan siyasi praktikadır. Digər yandan Azərbaycanın İsraillə əməkdaşlığı Tehranı uzun illərdir narahat edir. Bakı–Təl-Əviv münasibətləri daim İran tərəfindən qısqanclıqla izlənilib. Bununla belə, Azərbaycan heç vaxt İsrailin İranla bağlı planlarının və ya hərbi təşəbbüslərinin bir parçası olmayıb. İstisna deyil ki, Təl-Əviv Bakıdan müəyyən məsələlərdə dəstək istəyib. Amma burada əsas məqam Azərbaycanın tutduğu prinsipial mövqedir. Azərbaycan regionda balanslı və müstəqil xarici siyasət yürüdür. İranla dini, tarixi və coğrafi bağlar olduğu kimi, İsraillə də texnoloji, hərbi və iqtisadi əməkdaşlıq mövcuddur. Lakin bu tərəfdaşlıqlar heç bir şəkildə üçüncü dövlətlərə qarşı yönəlməyib".
T.Rzayev əlavə edib ki, Azərbaycanın xarici siyasət prioritetləri kifayət qədər açıq və aydındır:
"Təəssüf ki, bəzi qonşularımız ya bunu anlamır, ya da anlamaq istəmir. Azərbaycan heç vaxt nə İkinci Qarabağ müharibəsi dövründə, nə də ondan sonra öz ərazisindən başqa ölkələrə qarşı casusluq və ya hərbi fəaliyyət üçün istifadə olunmasına şərait yaratmayıb. Nəticə etibarilə, Hikmət Hacıyevin bəyanatı Azərbaycanın yeni nəsil hibrid müharibə formatında xüsusilə dezinformasiya və kiberhücumlar sahəsində necə ayıq və hazırlıqlı olduğunu bir daha ortaya qoyur. İran–İsrail toqquşması genişlənərsə, informasiya cəbhəsində də gərginlik artacaq. Lakin burada bir həqiqəti unutmaq olmaz: Azərbaycan nə bu qarşıdurmanın açıq, nə də pərdəarxası tərəfidir. Rəsmi Bakı yalnız öz maraqlarını qətiyyətlə qoruyan suveren aktordur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Xankəndi” Zaur Hacıyevlə yollarını ayırdı
15:39 25.09.2026
Futbol
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik edib
15:37 25.09.2026
Gündəm
Sel təhlükəsinə dair tədbirlər keçirilib
14:59 25.09.2026
Aktual
Türkiyə lideri: İranın daxili işlərinə qarışmaq olmaz
14:43 25.09.2026
Gündəm
Bakıda anbarda güclü yanğın başladı - FOTO
14:31 25.09.2026
Hadisə
Simonyan Azərbaycanı işarə elədi, Şevtsov hədələdi
14:18 25.09.2026
Gündəm
Braziliya millisində “10 nömrə”nin yeni sahibi müəyyənləşdi
14:11 25.09.2026
Futbol
Elm öyrənməklə əldə olunmur
13:07 25.09.2026
Elm və Təhsil
Tramp İranla danışıqlardan imtina etdi
12:57 25.09.2026
Dünya
“Paşinyan Ermənistanın Azərbaycandan asılı olduğunu bəyan etdi”
12:54 25.09.2026
Gündəm
SEPAH: ABŞ yeddi şərtimizi yerinə yetirənədək müharibə davam edəcək
12:48 25.09.2026
Dünya
Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başladı
12:39 25.09.2026
İdman
Prezident: Cənubi Qafqazda sülh yeni investisiya dalğası yaradır
12:35 25.09.2026
Gündəm
2015-ci ildən sonra doğulanlara siqaret qadağan ediləcək
12:25 25.09.2026
Sağlamlıq