Britaniya İrandakı diplomatik missiyasının əməkdaşlarını təxliyə edib

Böyük Britaniya İran-İsrail münaqişəsinin kəskinləşməsi ilə əlaqədar Tehranda yerləşən səfirliyinin əməkdaşlarını təxliyə edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytında məlumat yayılıb.

"Britaniya heyəti müvəqqəti olaraq İrandan çıxarılıb. Səfirliyimiz məsafədən işləməyə davam edir", - məlumatda bildirilib.

Qeyd edək ki, Britaniyanın xarici işlər naziri Devid Lemmi isə “X” sosial şəbəkəsindəki hesabında hava məkanı yenidən açıldıqdan sonra öz vətəndaşları üçün Təl-Əvivdən çarter reysləri təmin edəcəyini bildirib.