Qazaxıstan 10 gün ərzində süperkompüteri işə salmağı planlaşdırır
Yusif Nəzərli
02:15 21.06.2025
Texnologiya
473
Qazaxıstanda süperkompüterin istifadəyə verilməsi qarşıdakı on gün ərzində baş tutacaq. Bu texnologiya texnogen qəzaların proqnozlaşdırılması, şəhər trafikinin analiz olunması və süni intellekt məhsullarının xarici serverlərə ehtiyac olmadan işə salınması kimi imkanlar yaradacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə “Kazakhtelecom” ASC-nin İdarə Heyətinin sədri, Qazaxıstanın rəqəmsal inkişaf üzrə keçmiş naziri Baqdat Musin Telegram kanalında məlumat verib.
“Dünən anbara baş çəkdik… Videokartlar artıq yerindədir. NVIDIA H200 bazasında qurulan süperkompüterimiz artıq ölkəyə gətirilib. Çox yaxında Almatıda “Kazakhtelecom”un məlumat mərkəzi sahəsində quraşdırma işlərinə başlayacağıq. Təxminən 10 günə istifadəyə hazır olacaq. Heç də şişirtmədən deyirəm... Güclü cihazdır: 6,7 milyon CUDA nüvəsi, 1600 petaflops hesablama gücü və onlarla terabayt GPU yaddaşı”, – deyə Musin bildirib.
O qeyd edib ki, süperkompüter dövlət qurumları, milli şirkətlər və korporativ sifarişçilər üçün əlçatan olacaq. Onun vasitəsilə texnogen qəza və risklər hadisədən xeyli əvvəl modelləşdirilə, şəhər trafikinin proqnozlaşdırılması həyata keçirilə, həkimlərə böyük məlumat bazası əsasında daha tez diaqnoz qoymaqda yardım edilə bilər. Həmçinin süperkompüterdə qazax dilini, mədəniyyətini, tarixini və müasir konteksti anlayan dil modelləri hazırlanacaq. Beləliklə, süni intellekt məhsullarını xarici serverlərə bağlı olmadan ölkə daxilində işlətmək mümkün olacaq.
Qazaxıstanın Rəqəmsal İnkişaf Nazirliyi hələ may ayında bildirmişdi ki, ölkəyə Mərkəzi Asiyanın ən güclü süperkompüteri gətirilib. Bu cihaz NVIDIA H200 qrafik çipləri əsasında qurulub və təqribən 2 eksaflops gücündədir. Sonradan məlum olub ki, ABŞ-ın “Nvidia” texnoloji şirkəti tərəfindən Qazaxıstana ikinci süperkompüter də veriləcək. Onun hesablama gücü 56,4 petaflops təşkil edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət
Ağcabədidə qadın əri tərəfindən bıçaqlandı - YENİLƏNİB
19:38 24.09.2026
Hadisə
David Alabanın yeni klubu bəlli oldu
19:30 24.09.2026
Futbol
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
19:23 24.09.2026
Gündəm
Qazaxıstanda matəm elan edildi
19:16 24.09.2026
Dünya
Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşdü
19:02 24.09.2026
Siyasət
Si Cinpin: Çin və ABŞ tarixi məsuliyyət daşıyır
18:55 24.09.2026
Dünya
Moldova NATO-ya üzv olmaq istəmir
18:26 24.09.2026
Dünya
Ceyhun Bayramov albaniyalı həmkarı ilə görüşdü
18:18 24.09.2026
Siyasət
Putin Fransadakı səfiri vəzifəsindən azad edib
18:07 24.09.2026
Gündəm