
26 iyun mif deyil, gerçəkdir: İlk Turan Ordusu Azərbaycanda quruldu
11:42 24.06.2025
Tarix
1278
26 İyun - Silahlı Qüvvələri Günü Azərbaycan xalqı və dövləti üçün mühüm əhəmiyyət daşıyan tarixi bir gündür. 26 iyun tarixi həm də ölkəmizin müdafiə gücünü və vətənpərvərlik ruhunu təcəssüm etdirir. Azərbaycan Silahlı Qüvvələrinin əsası 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulub.
Həmin gün Azərbaycan Ordusunun yaradılması barədə qərar qəbul edilib və milli hərbi hissələrin formalaşdırılmasına başlanılıb. Cümhuriyyətin mövcud olduğu 23 ay ərzində ölkənin müdafiəsinin təşkili, ordunun formalaşdırılması sahəsində uğurlu işlər görülüb. Çünki məhz güclü ordu sayəsində mövcud tarixi şəraitdə Cümhuriyyətin müstəqilliyinin qorunması və real bolşevik-daşnak hərbi təhdidlərdən müdafiə edilməsi mümkün idi. AXC dövründə müstəqil milli ordu quruculuğu tarixini iki dövrə bölmək olar. Birinci dövr Azərbaycanın müstəqilliyinin elan edildiyi gündən 1918-ci ilin oktyabr ayının sonlarına qədər olan bir müddəti əhatə edir.

Tarix üzrə fəlsəfə doktoru, "Şərq" qəzetinin baş redaktoru, Cümhuriyyət dövrünün tədqiqatçısı Akif Aşırlı deyib ki, Azərbaycan Milli Ordusunun nüvəsini 1917-ci ilin dekabrında Tiflisdə formalaşmış Müsəlman Korpusunun əsgər və zabit heyəti təşkil edirdi.
Alim vurğulayıb ki, Müsəlman Korpusunun komandanı rus ordusundan istefa verib Vətənə dönən general-leytenant Əliağa Şıxlınski idi:
"Müsəlman ordusunun iki diviziyadan təşkil olunaçağı, qurulan ordunun sayı, tərkibi, quruluş forması barədə Ə.Şıxlınski bir layihə hazırlamışdı. Cənubi Qafqazda azərbaycanlılar ordu quruculuğu sahəsində erməni və gürcülərdən gec fəaliyyətə başlamışdı. Hələ Burinci Dünya savaşı illərində Qafqazda yaşayan hər iki millətin - gürcü və ermənilərin nizami ordusu formalaşmışdı. Müsəlmanların bu işə geç başlama səbəbi Zaqafqaziya Komissarlığı tərəfindən yaradılan çətinliklər idi. Müsəlman Korpusunun hərbi imkanları, silah- sursatla təminatı, orduya əsgərlərin cəlbi ilə bağlı cətinliklər vardı. Azərbaycan milli burjuaziyasının nümayəndələri, imkanlı şəxslər, xeyriyyə cəmiyyətləri yeni yaranmış ordunu ərzaqla, silah-sursatla tımin etməyə səy göstərirdilər. Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmməd də Musəlman Korpusunda xidmət göstərirdi. Fətəli xan Xoyski "Müvəqqəti Hərbi Mükəlləfiyyət" haqqında qanun layihəsi hazırlamışdı. Bu layihə həmin dövrdə anadilli mətbuatda, o cümlədən "Açıq söz" qəzetində dərc olunub".
A.Aşırlı əlavə edib ki, Müsəlman Korpusunun tərkibi 1330 nəfərə yaxın idi:
"Əliağa Şıxlınski korpusu Tiflisdən Gəncəyə köcürmək istədi, buna görə Gəncəyə gəldi. Həmin dövrdə bölgədə yaranan vəziyyət ordunu normal qurmağa imkan vermirdi. 1918-ci il iyunun 4-də Azərbaycan Xalq Cümhuriyyəti ilə Osmanlı dövləti arasında "Qarşılıqlı yardım və dostluq haqqında" imzalanan müqavilənin 4-cü bəndinə əsasən, Osmanlı hökuməti Azərbaycana ərazi bütövlüyünü və asayişin təmini üçün əsgəri yardım göstərməyi öhdəsinə götürmüşdü. Yəni bu sazişlə Azərbaycana hərbi yardım üçün hüquqi baza yaradıldı. Qafqaz İslam Ordusu Azərbaycana gələndə formalaşan Müsəlman Korpusu onun tərkibinə qatıldı. Azərbaycan könüllülərindən ibarət bu heyət Nuru paşanın komandanlığı altında 1918-ci ilin sentyabrın 15-nə, yəni Bakının işğaldan azad olunmasına qədər Qafqaz İslam Ordusunun tərkibində düşmənlərə qarşı savaşıb. Eyni zamanda Qarabağ hərəkatında iştirak edib. Dağıstan hərəkatında da Müsəlman Korpusuna aid alaylar iştirak ediblər".
Tədqiqatçı diqqətə çatdırıb ki, 1918-ci ilin iyunun 26-da Azərbaycan Korpusu yaradılır:
"Qafqaz İslam Ordusunun tərkibində olmağına baxmayaraq, Korpusun özünün şəxsi heyəti formalaşmışdı, şəxsi möhürü var idi, yazışmalar, əmrlər hamısı türkcə idi. Xüsusi olaraq vurğulamaq lazımdır ki, Qafqaz İslam Ordusunun timsalında Azərbaycanda ilk dəfə kiçik Turan ordusunun formalaşmasını gördük. Qafqaz İslam Ordusunun tərkibində həm Azərbaycan milli hərbi qüvvələri, eyni zamanda Türkiyənin peşəkar hərbi hissələri iştirak edirdi. Torpaqlarımızı düşmən işğalından azad etdiyimiz 44 günlük Vətən müharibəsi zamanı da qardaş Türkiyəni yanımızda gördük. Türkiyə hərbçiləri Azərbaycanda əsgəri heyətə təlimlər keçirdi. Həm Türkiyədə, həm Azərbaycanda birgə hərbi təlimlər təşkil olunurdu və nəticədə ordu daha da peşəkarlaşırdı. Bunun nəticəsi 44 günlük savaşda özünü parlaq şəkildə göstərdi".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu Trampla görüşmək üçün Ağ Evə gəlir
20:37 28.07.2026
Gündəm
Qəbələdə möhtəşəm tikinti qalıqları aşkar olundu
20:14 28.07.2026
Tarix
Trampın Zelenski ilə görüşü təxminən bir saat davam edib
20:02 28.07.2026
Dünya
Almaniya cinayət törətmiş 31 əfqanı deportasiya etdi
19:50 28.07.2026
Dünya
4 kişinin bacarmadığını 4 qadın etdi: Hamı heyrətə gəldi
18:59 28.07.2026
Hadisə
"Qarabağa qayıdanları yeni iş yerləri gözləyir" - Tural Gəncəliyev
18:53 28.07.2026
Futbol
Ağ Evdə Tramp-Zelenski görüşü başlayıb
18:42 28.07.2026
Gündəm
Ukraynaya hücum etsək, tələyə düşəcəyik - Çağırış
18:14 28.07.2026
Dünya
Rusiya etibar olunası ölkə deyil - Natiq Miri
18:00 28.07.2026
Gündəm
Sahibə Qafarova Efiopiyaya səfərə gedib
17:48 28.07.2026
Siyasət
ABŞ Ankaraya son şərti: S-400 getməsə, F-35 yoxdur - General
17:32 28.07.2026
Gündəm
“Sabah” Aaron Maludanı satdı
17:11 28.07.2026
Futbol
Tramp: Netanyahunun nəsə deməsinə ehtiyac yoxdur, bunu bilirik
17:00 28.07.2026
Gündəm