
Parlamentari: İtaliya və Çinlə əməkdaşlığımız strateji hədəfılərimizə nail olmağımıza imkan yaradır
12:20 24.06.2025
Siyasət
405
Həm İtaliya, həm də Çin Azərbaycanın strateji tərəfdaşlarıdır.
Bu barədə Prezident İlham Əliyev Mingəçevirdəki “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimindəki çıxışında bildirib.
İtaliya və Çinlə strateji tərəfdaşlıq haqqında bəyannamələrin imzalandığını deyən dövlət başçısı vurğulayıb ki, onun həmin ölkələrə çoxsaylı səfərləri nəticəsində bir çox istiqamətlər üzrə çox gözəl nəticələr əldə edilmişdir. İtaliyanın Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı olduğunu söyləyən Prezident İlham Əliyev Çinin də ticarət tərəfdaşlarımız arasında qabaqcıl yerlərdə olduğunu diqqətə çatdırıb.
Milli Məclisin deputatı Azər Badamov Sherg.az-a söyləyib ki, İtaliya və Çin Azərbaycanın strateji tərəfdaşıdır:

"Azərbaycan son illərdə enerji təsərrüfatını sılfırdan yenidən qurub. Bu gün Azərbaycan regionun ən böyük enerji potensialına malik ölkəsidir. O cümlədən bugün cənab Prezidentin Mingəçevirdə açılışı etdiyi 8 Noyabr Elektrik Stansiyası ölkəmizin enerjiyə olan təlabatının 40%-ni ödəməklə ölkəmizi Qafqazın enerji mərkəzinə çevirir. Dövlət başçımızın uzaqgörən siyasəti sayəsində enerji resurslarımızdan səmərəli istifadə olunur və yaxın gələcəkdə Avropanın elektrik enerjisinin təminatında yaşıl enerjimizlə iştirak edəcəyik. Bu baxımdan İtaliya və Çinlə əməkdaşlığımız strateji hədəfılərimizə yüksək səviyyədə nail olmağımıza imkan verir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu Trampla görüşmək üçün Ağ Evə gəlir
20:37 28.07.2026
Gündəm
Qəbələdə möhtəşəm tikinti qalıqları aşkar olundu
20:14 28.07.2026
Tarix
Trampın Zelenski ilə görüşü təxminən bir saat davam edib
20:02 28.07.2026
Dünya
Almaniya cinayət törətmiş 31 əfqanı deportasiya etdi
19:50 28.07.2026
Dünya
4 kişinin bacarmadığını 4 qadın etdi: Hamı heyrətə gəldi
18:59 28.07.2026
Hadisə
"Qarabağa qayıdanları yeni iş yerləri gözləyir" - Tural Gəncəliyev
18:53 28.07.2026
Futbol
Ağ Evdə Tramp-Zelenski görüşü başlayıb
18:42 28.07.2026
Gündəm
Ukraynaya hücum etsək, tələyə düşəcəyik - Çağırış
18:14 28.07.2026
Dünya
Rusiya etibar olunası ölkə deyil - Natiq Miri
18:00 28.07.2026
Gündəm
Sahibə Qafarova Efiopiyaya səfərə gedib
17:48 28.07.2026
Siyasət
ABŞ Ankaraya son şərti: S-400 getməsə, F-35 yoxdur - General
17:32 28.07.2026
Gündəm
“Sabah” Aaron Maludanı satdı
17:11 28.07.2026
Futbol
Tramp: Netanyahunun nəsə deməsinə ehtiyac yoxdur, bunu bilirik
17:00 28.07.2026
Gündəm