“iPhone 17” belə olacaq - FOTO
Yusif Nəzərli
15:56 26.06.2025
Texnologiya
374
“Apple” şirkətinin sentyabrda təqdim edəcəyi “iPhone 17 Pro”nun görüntüləri ortaya çıxıb.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, təqdimata təxminən üç ay qalan bir vaxtda üzə çıxan bu görüntülərdən cihazın qara rəngi və yeni kamera panelinin necə görünəcəyi aydın olur.
Həmişə olduğu kimi, bu il də hansı rəng variantlarının təqdim ediləcəyi hələlik bəlli deyil. Ancaq sızan məlumatlara görə, “iPhone 16 Pro” kimi “iPhone 17 Pro” modelində də “Titanium Black”ə bənzər qara ton istifadə ediləcək.
Daha əvvəllər də bu haqda bir çox dəqiq məlumatlar paylaşan Majin Bu “X” hesabındakı son yazısında “iPhone 17 Pro Black” tamamilə heyrətamiz görünür” ifadələrindən istifadə edərək iki şəkil paylaşıb.
Bu görüntülərdə ən diqqətçəkən detal, şübhəsiz ki, arxa kamera sırası üçün istifadə edilən yeni zolaq panelidir. Əvvəl yayılan məlumatlarda panelin daha geniş olacağı bildirilirdi.
Şəkillər, həmçinin kamera silsiləsinin əvvəlki modellərə nisbətən bir qədər yuxarı qalxdığını göstərir. Bu, obyektiv və sensor arasındakı məsafəni artırmaq və görüntü keyfiyyətini yaxşılaşdırmaq üçün edilmiş ola bilər.
Bu cihazın indiyə qədər çıxarılan ən qalın “Pro” iPhone olacağı deyilir.
Xüsusi dəyişikliklər olmasa, “iPhone 17 Pro” və “iPhone 17 Pro Max” modellərində bu dizaynla qarşılaşacağıq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kanyenin qızının ilk albomu!
05:35 05.05.2026
Şou
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil