Rusiya öz inkişafını türklərə borcludur - Hikmət Babaoğlu
09:21 17.07.2025
Siyasət
598
Kremlin azərbaycanlılara təzyiqi artarsa, ziyanı yalnız Rusiya görəcək
Azərbaycanlılar Rusiyada bazar insanı deyil, elmi və ictimai elitanın parçasıdır
Rusiyanın Yekaterinburq şəhərində diaspor rəhbəri Şahin Şıxlinskinin oğlu Mütvəli Şıxlinski saxlanılıb. İddia olunur ki, M.Şıxlinski atasının həbsi zamanı təhlükəsizlik qüvvələrinin əlindən qaçmağa cəhd edərək Rusiya Milli Qvardiyasının zabitlərindən birinə xəsarət yetirib. Bundan əlavə, Moskvada Şahin Şıxlinskiyə qarşı da cinayət işi açılıb. Ümumiyyətlə, Rusiya miqrasiya sahəsində ciddi dəyişikliklərə start verib.
Yeni mexanizm vasitəsilə Rusiyada yaşayan əcnəbilərin şəxsiyyəti, hüquqi statusu, yaşayış yeri, əmək fəaliyyəti və digər vacib məlumatlar bir sistemdə toplanacaq. Paralel olaraq, Rusiya Dövlət Duması miqrantlardan alınan dövlət rüsumlarının artırılmasını və yeni rüsumların tətbiqini nəzərdə tutan qanun layihələrini müzakirəyə çıxarır. Bu dəyişikliklərin miqrantlar üçün əlavə maliyyə yükü yaradacağı şübhəsizdir. Xüsusilə Rusiyada işləyən əmək miqrantları, o cümlədən Azərbaycan vətəndaşları üçün sənədləşmə xərcləri artacaq. Hazırda Rusiya ərazisində yüz minlərlə Azərbaycan vətəndaşı rəsmi və qeyri-rəsmi şəkildə yaşayır və çalışır. Xüsusilə qeyri-rəsmi şəkildə fəaliyyət göstərən əmək miqrantları üçün deportasiya və hüquqi məsuliyyət riski artır. Məhz son günlər tətbiq olunan sistemli və məqsədli basqılardan təngə gələn xeyli sayda azərbaycanlı Rusiyanı tərk edib, hələlik orada qalanların da əhəmiyyətli hissəsi Azərbaycana qayıtmaq niyyətlərini gizlətməyiblər.
Millət vəkili Hikmət Babaoğlu "Şərq"ə açıqlamasında deyib ki, Rusiya çox təəssüf ki, öz materialist maraqları kontekstində yenidən imperiya rıçaqlarını işə salaraq, Rusiyada yaşayan, vətəndaşlığı olan, yaxud olmayan qeyri-millətlərə, xüsusən azərbaycanlılara qarşı diskriminasiya, milli və dini ayrı-seçkilik siyasəti həyata keçirir. Deputatın sözlərinə görə, bu siyasətdən ən çox azərbaycanlılar əziyyət çəkirlər:
"Nəticə etibarı ilə özünə hörmət edən heç bir ciddi ölkə, hüquqi və müasir dövlət başqa ölkələrlə münasibətdə etnik mənsubiyyət etibarı ilə həmin ölkənin insanlarını alətə çevirmir. Amma bu, Rusiyanın ənənəvi siyasətidir. Moskva bu siyasətini bu gün də davam etdirir. Ona görə də düşünürəm ki, azərbaycanlılara təzyiq davam edərsə, bundan itirən Rusiya və o ölkənin iqtisadiyyatı olacaq. Rusiyada ciddi demoqrafik problem var, ciddi əmək qüvvəsi problemi var. Orada yaşayan azərbaycanlıların böyük əksəriyyəti artıq rus mühitinə uyğunlaşmış, Rusiya sosial münasibətlərinin bir parçasına çevrilmiş, oradakı həyat tərzini mənimsəmiş insanlardır. Onlar Rusiya iqtisadiyyatına, rus cəmiyyətinin inkişafına böyük fayda verə bilərlər. Doğrudur, Rusiya azərbaycanlılara münasibətdə sadəcə onları "bazar insanları", "ticarət insanları" kimi təqdim edir. Amma Rusiya unutmasın ki, Kazım bəydən tutmuş Fərman Salmanova qədər, Ulu Öndər Heydər Əliyevdən tutmuş, Rusiyanın kosmik sənayesinin başında duran Kərim Kərimova qədər böyük şəxsiyyətlər Rusiyanın bugünkü ölkə olmasında böyük xidmətlər göstəriblər. Ona görə də Azərbaycan xalqını kiçiltməklə, rus şovinizminin xalqımızı "kiçik" göstərmək cəhdləri ilə bizim xalqımız kiçilməyəcək. Bu gün də Rusiyanın elmi-mədəni və ictimai həyatında çoxsaylı azərbaycanlılar var ki, onlar Rusiyanın müasir inkişafına təkan verirlər. Kazım bəy Tolstoyun, Dostoyevskinin müəllimi olub. Bu gün rus ədəbiyyatı deyilən bir ədəbiyyat varsa, ruslar bunu türklərə borcludurlar. Tolstoy da, Dostoyevski də türk əsillidir. Puşkinə qədər rus ədəbiyyatının nəhənglərinin hamısı türk əsillidir. Rusiyanın bütün zadəganları tatar əsillidir. Ona görə də düşünürəm ki, Rusiya çox yanlış addımlar atır".
Parlament üzvü Rusiyadakı azərbaycanlıların ölkəmizə qayıtması məsələsinə də münasibət bildirib:
"Azərbaycan iqtisadiyyatı, xarici ticarəti böyüyür. İşğaldan azad olunmuş ərazilərində ən qısa zamanda yeni ticarət, iqtisadi şərtlər formalaşır. Ona görə də qayıtmaq istəyən hər bir vətəndaşımızı Azərbaycan dövləti böyük hörmət və izzətlə qəbul edəcək. Həmçinin, onlara iş imkanları yaradılacaq. Azərbaycan Prezidenti hər zaman vurğulayıb ki, "mən bütün azərbaycanlıların prezidentiyəm". Onların təhlükəsizliyi, rifahı, iqtisadi mənafeyi də Azərbaycan dövlətinin daim diqqət mərkəzində olub və olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə