AB-dən Belarusa sərt qadağa

AB Belarusa qarşı maliyyə xidmətlərinə qismən qadağanı genişləndirərək 18-ci sanksiyalar paketi çərçivəsində əməliyyatlara tam qadağa qoyub.

Axar.az xəbər verir ki, bu barədə AB Şurasının bəyanatında deyilib.

“Xüsusi maliyyə xidmətlərinə məhdudiyyət əməliyyatlara tam qadağaya qədər genişləndirilib. Belarusdan silah idxalına da embarqo tətbiq edilir”, - bildirilib.