
Xəzər dənizi çəkilir: Balıqlar və suitilər təhlükədə -AÇIQLAMA
12:14 21.07.2025
Ekologiya
409
Xəzər dənizinin səviyyəsi bütün müşahidə dövrü ərzində ən aşağı həddə enib.
Oxu.az xəbər verir ki, bu barədə Ümumrusiya Elmi-Tədqiqat Balıqçılıq və Okeanoqrafiya İstitutunun Volqa-Xəzər bölməsi məlumat yayıb.
Dəniz səviyyəsinin enməsi xüsusən ən dayaz şimal hissədə, Rusiya və Qazaxıstan akvatoriyasında özünü göstərir.
Məlumatda qeyd olunur ki, Xəzər dənizinin səviyyəsi 1990-cı illərin ortalarından başlayaraq enməyə başlayıb. 2020-ci ildən bəri Xəzərin səviyyəsi, demək olar ki, 0.8 metr azalıb.
"Azalma dənizdə əsas su mənbəyi olan Volqanın illik axınının zəifləməsi fonunda baş verib. Şirin su axınının azalması davam edir", - Okeanoqrafiya İnstitutunun məlumatında qeyd olunur.
Ekoloq Rövşən Abbasov “Sherg.az”a bildirdi ki, Xəzər dənizinin suyunun səviyyəsinin aşağı düşməsi prosesi 1995-ci ildən etibarən davam etməkdədir:

“Bu çəkilmə müxtəlif illərdə fərqli intensivliklə baş versə də, nəticədə yaranan ekoloji təsirlər sabit qalır. Suyun çəkilməsi nəticəsində Xəzər sahillərində yerləşən qiymətli fauna növlərinin, xüsusilə balıqların və Xəzər suitlərinin yaşam mühitləri ciddi şəkildə daralır. Suyun dayazlaşdığı, qurumağa məruz qaldığı ərazilərdə ekosistem strukturu və funksiyaları tam şəkildə deqradasiyaya uğramış sayılır. Bu cür ərazilərdə həyat fəaliyyətinin davam etdirilməsi qeyri-mümkünləşir. Xüsusilə yay aylarında dayazlaşmış akvatoriyalarda suyun istiləşməsi daha sürətli şəkildə baş verir ki, bu da termal şaquli stratifikasiyanın dinamikasında kəskin dəyişikliklərə səbəb olur. Nəticədə bu zonalarda oksigen çatışmazlığı yaranır. Bu isə həm artan temperatur, həm də biotik komponentlərin oksigenə olan tələbatının yüksəlməsi fonunda hidrobiontların yaşaması üçün əlverişsiz şərait yaradır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə