
Analitik: Azərbaycan MDB-dən çıxmaq fikrini ciddi şəkildə nəzərdən keçirir
Yusif Nəzərli
02:00 22.07.2025
Siyasət
330
Azərbaycan MDB-nin İqtisadi Şurasının Moskvada keçiriləcək iclasında iştirakdan imtina edib. İmtinanın səbəbi kimi isə Yekaterinburqda baş verən son hadisələr, AZAL-a məxsus təyyarənin vurulması və bu məsələlərin tənzimlənməsi üçün Rusiya tərəfinin lazımi addımlar atmaq istəməməsi göstərilir.
Siyasi şərhçi Bəybala Mirzəyev Sherg.az-a deyib ki, rəsmi Bakının belə bir qərar verməsi düzgün addımdır. Ekspertə görə, Rusiya tərəfi özünü bu birliyin üzvü olan digər ölkələrə, o cümlədən Azərbaycana qarşı bərabərhüquqlu tərəfdaş kimi deyil, hegemon dövlət kimi, metropoliya kimi aparırsa, MDB-nin iclaslarına qatılmaq artıq siyasi anlamını itirir:

""Böyük qardaş" iddiasından əl çəkmək istəməyən, neoimper təfəkkürü ilə hərəkət etməyə davam edən bir ölkə ilə eyni ittifaqda, bir masa arxasında oturub nəyisə müzakirə etmək tamamilə mənasız, perspektivsiz bir işdir. Görünən budur ki, Rusiya körpüləri yandırmaq yolunu tutub. Azərbaycan da Rusiyanın bu mövqeyinə uyğun, adekvat cavab addımları atmağa sadəcə və sadəcə məcburdur. Rəsmi Bakının MDB-nin İqtisadi Şurasının Moskvada keçirilən iclasında iştirakdan imtina etməsi də bu gerçəklikdən qaynaqlanır. Moskva bizə başqa yol qoymur".
B.Mirzəyev əlavə edib ki, proseslər bu məcrada, bu cür artan templə davam edərsə, Azərbaycan növbəti addımlardan biri kimi hətta MDB-dən çıxmaq barədə də düşünə bilər:
"Hərçənd ki, MDB baş katibi Sergey Lebedev MDB İqtisadi Şurasının 106-cı iclasında bildirib ki, hazırda "nə Ermənistanın, nə də Azərbaycanın MDB-dən çıxmasına dair məlumat var". Ancaq Rusiyanın qeyri-adekvat və təxribatçı davranışları bir azdan Bakını da, İrəvanı da MDB-ni tərk etmək zərurəti ilə üz-üzə qoya bilər. Putin kimi toksik liderlərin ucbatından Rusiya heç kimlə normal müttəfiqlik münasibətləri qura bilmir. Bu ölkə MDB-ni Avropa İttifaqının daha yaxşı alternativinə çevirməyi bacarmır. Putin postsovet ölkələrini zor gücünə deyil, iqtisadi cəlbedicilik yoluyla birliyə, müttəfiqliyə dəvət etmək zəkasına sahib deyil. Məhz Putinin gerizəkalılığı üzündən 21-ci əsrin Rusiyası orta əsrlərin feodal dövləti kimi davranmağa davam edir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropada benzinin qiyməti qalxdı
19:03 23.07.2026
İqtisadiyyat
ADY: Altı ayda sərnişin qatarlarına 21 dəfə daş atılıb
18:55 23.07.2026
İnfrastruktur
"Brent"in qiyməti 100 dolları ötdü
18:20 23.07.2026
İqtisadiyyat
Psixoloqa getmək xəstə olmaq demək deyil - RƏYLƏR
17:47 23.07.2026
Elm və Təhsil
Müharibənin taleyi cəbhədə həll olunacaq - Hasan Oktaydan ŞƏRH
17:32 23.07.2026
Gündəm
II Qaregin yeni parlamentin ilk iclasına dəvət edilmədi
17:10 23.07.2026
Region
Zelenski ABŞ-yə dəvət olunduğunu açıqladı
16:50 23.07.2026
Dünya
Putin Təhlükəsizlik Şurası ilə silah istehsalını müzakirə edib
16:49 23.07.2026
Gündəm
Putin Təhlükəsizlik Şurası ilə silah istehsalını müzakirə edib
16:35 23.07.2026
Dünya
Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - ŞƏRH
16:30 23.07.2026
Gündəm
Çexiyada hərbi helikopter qəzaya uğrayıb, ölən var
15:51 23.07.2026
Dünya