Türkiyə səfiri: Zəngəzur dəhlizinin açılması bölgə üçün böyük əhəmiyyət daşıyır
07:38 24.07.2025
Siyasət
307
"İkinci Qarabağ müharibəsindən sonra yeni dövrdə Zəngəzur dəhlizinin açılması bölgə üçün böyük əhəmiyyət daşıyır. Arzu edirik ki, bu dəhliz bölgədə sülh və əməkdaşlığı təmin edən, Orta dəhlizin güclənməsinə xidmət edən birləşdirici körpü olsun".
APA xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Naxçıvanda jurnalistlərə açıqlamasında deyib.
Səfir bildirib ki, bu, Naxçıvana ilk səfəridir: "Naxçıvan bizim üçün xüsusi mənəvi önəm daşıyan bir torpaqdır. Bura Ulu Öndər Heydər Əliyevin vətənidir. Eyni zamanda böyük qurucu lider Mustafa Kamal Atatürkün Türk qapısı adlandırdığı, Türkiyənin Azərbaycanla quru sərhədinin olduğu yeganə bölgədir. Elə bu səbəbdən də “Ümid körpüsü”nün açıldığı yer olaraq tarixə düşüb".
Birol Akgün bu gün Naxçıvanın son 30 ildə iqtisadi baxımdan mühüm inkişaf yolu keçdiyini vurğulayıb: “Prezidenti İlham Əliyevin Naxçıvana göstərdiyi diqqət və qayğı burada reallaşan sosial-iqtisadi layihələrdə özünü açıq şəkildə göstərir. Bu da bizi çox məmnun edir. Türkiyə ilə Naxçıvan arasında hər zaman sıx dostluq və qardaşlıq münasibətləri olub. Qarşılıqlı quru sərhədin olması bu əlaqələri daha da möhkəmləndirir. Türkiyə vətəndaşları tez-tez Naxçıvana səfər edir, buradakı inkişafı yaxından izləyirlər”.
Səfir deyib ki, səfərdə məqsədi Türkiyə ilə Naxçıvan arasında iqtisadi və ticarət əlaqələrini daha da inkişaf etdirmək, qarşılıqlı əməkdaşlığı gücləndirməkdir: “Eyni zamanda Azərbaycan-Türkiyə qardaşlığının möhkəmlənməsi istiqamətində səfirlik olaraq üzərimizə düşən vəzifələri yerinə yetirməyə davam edəcəyik".
Birol Akgün Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin büstünü və muzeyini, Şəhidlər xiyabanını ziyarət edib, Türkiyənin Naxçıvandakı Baş Konsulluğunda olub. Onun Azərbaycan Respublikası Prezidentinin Naxçıvan MR-də səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüş planlaşdırılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya
Cevdet Yılmaz Azərbaycan səfirini qəbul edib
17:50 21.09.2026
Gündəm
Tonqaldan atlanmaq zərdüştiliyin adəti deyil - Həsən Həsənov
17:49 21.09.2026
Gündəm
Cəlilabadda açıq ərazi yanır - FOTO
17:35 21.09.2026
Hadisə
Bankın süni intellekt köməkçisi müştərini təhqir etdi - FOTO
17:32 21.09.2026
Texnologiya
Bakıda marketdə qadını döyən şəxs həbs edilib
17:30 21.09.2026
Hadisə
Elm və Təhsil Nazirliyinin dərsini vermək lazımdır - Həsən Həsənov
17:08 21.09.2026
Gündəm
Türkiyəli aktrisa Afra Saraçoğlu İstanbul aeroportunda saxlanılıb
17:05 21.09.2026
Hadisə