Rütte: Zəmanətlərimizin iki səviyyəsi olacaq ki, Putin yenidən Ukraynaya...
20:50 22.08.2025
Dünya
551
“Ukrayna, ABŞ və Avropa İttifaqı elə təhlükəsizlik zəmanətləri üzərində işləyirlər ki, Rusiya Prezidenti Vladimir Putin Moskvada oturaraq bir daha Ukraynaya hücum etmək fikrinə belə düşməsin”.
AZƏRTAC “RBK-Ukrayna”ya istinadla xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rütte Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında bildirib.
“Vacib olan Ukrayna, ABŞ və Avropanın birlikdə işləməsidir. Biz təhlükəsizlik zəmanətlərindən danışdıq və razılaşdıq ki, iki səviyyə olacaq. Birinci səviyyədə hansısa sülh sazişi və ya atəşkəs və ya hər ikisinin kombinasiyası olacaq”, - deyə o qeyd edib.
Rüttenin sözlərinə görə, birinci səviyyə Ukrayna Silahlı Qüvvələrinin mümkün qədər gücləndirilməsi üçün olacaq.
“Yəni, onlar istənilən çətinliklərə tab gətirə bilsinlər. İkinci səviyyə isə ABŞ və Avropanın təmin edəcəyi şeydir. Biz əslində bunun üzərində işləyirik”, - deyə o əlavə edib.
NATO-nun Baş katibi xatırladıb ki, Budapeşt Memorandumu və Minsk danışıqları real təminatlara gətirib çıxarmayıb.
“Bizim yeni zəmanətlərimiz belə olmamalıdır. Biz - Ukrayna, Avropa və ABŞ çalışırıq ki, zəmanət elə bir səviyyədə olsun ki, Vladimir Putin Moskvada oturaraq bir daha Ukraynaya hücum etmək barədə düşünməsin”, - deyə Rütte vurğulayıb.
Qeyd edək ki, avqustun 18-də Vaşinqtonda Volodimir Zelenski ABŞ, Fransa, Almaniya, Böyük Britaniya, İtaliya, Finlandiya liderləri, Avropa Komissiyasının sədri və NATO-nun Baş katibi ilə görüşüb. Əsas mövzu Ukrayna üçün gələcək təhlükəsizlik zəmanətləri olub. NATO-nun 5-ci maddəsinin prinsiplərini qismən əks etdirən, lakin birbaşa üzvlük olmadan mexanizm müzakirə edilib.
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun iştirakını təsdiqləyərək, əsas yükün avropalıların üzərinə düşməli olduğunu vurğulayıb. Eyni zamanda o, Amerika hərbçilərinin göndərilməsini istisna edib. Zelenski bildirib ki, on gün ərzində təfərrüatların razılaşdırılacağı gözlənilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nike-dan yenilik – Toy üçün idman ayaqqabısı, baha qiymətə - FOTO
08:20 11.11.2026
İdman
"Kurtlar Vadisi" geri dönür
07:51 11.11.2026
Şou
Neslihan Atagül kitab çıxardı
04:50 11.11.2026
Şou
Süd verən analar, diqqət! - "Skuşonka”, “mürəbbəli çay”...
04:14 11.11.2026
Sosial
Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq
02:57 11.11.2026
Aktual
Kenan Yıldız Lamin Yamalla müqayisə olundu
01:30 11.11.2026
Futbol
Qalibaf: Müctəba Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib
01:11 11.11.2026
Region
Hegseth impiçment cəhdini “siyasi tamaşa” adlandırıb
00:53 11.11.2026
Aktual
Moldova səfiri Rusiya XİN-ə çağırıldı
00:31 11.11.2026
Son dəqiqə
Rusiyaya təklifləri çatdırdıq, gözləyirik - Sibiqa
23:33 10.11.2026
Gündəm
ABŞ istehsalı olan 4 raketi vurduq – Rusiya ilk dəfə açıqladı
23:18 10.11.2026
Dünya
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
23:00 10.11.2026
Dünya
"Sabah" "Trabzonspor"u məğlub etdi
22:07 10.11.2026
İdman
Oman sahillərində tanker vuruldu
21:34 10.11.2026
Gündəm
Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır
21:17 10.11.2026
Region
İsraildə 120 deputat and içdi
21:01 10.11.2026
Dünya