Rusiyaya təklifləri çatdırdıq, gözləyirik - Sibiqa

Ukrayna Rusiya ilə atəşkəs təkliflərini tərəfdaşlarına çatdırıb və hazırda qarşı tərəfdən cavab gözləyir.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Andrey Sibiqa məlumat verib.

Nazir söyləyib ki, Ukrayna həm Qara dənizdə, həm də enerji sektorunda atəşkəsin əldə edilməsini təklif edib:

“Biz onları tərəfdaşlarımıza çatdırmışıq və hazırda ruslardan cavab gözləyirik".

Qeyd edək ki, bu gün Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli danışıqlar uzun fasilədən sonra bərpa olunub. Əbu-Dabidə keçirilən danışıqların birinci mərhələsi artıq başa çatıb. Noyabrın 11-də danışıqlar davam etdiriləcək.