ABŞ Tayvan ssenarisini Ukraynaya tətbiq edə bilər

ABŞ Konqresi Tayvan ssenarisini Ukraynaya tətbiq edə bilər.

Teleqraf xəbər verir ki, bu fikirləri ABŞ Dövlət katibinin köməkçisi Filip Qordon deyib.

Onun sözlərinə görə, Vaşinqton ötən il Kiyev ilə imzaladığı təhlükəsizlik sazişinə əsaslanaraq, bu yanaşmadan istifadə etməyi düşünə bilər.

"Bu saziş NATO müqaviləsi kimi rəsmi müdafiə öhdəliyini nəzərdə tutmasa da, ABŞ-nin Ukraynanı silah və təchizatla təmin etmək öhdəliyini rəsmiləşdirir. Eyni zamanda, gələcəkdə yaranacaq böhran vəziyyətində ABŞ-nin Ukrayna adından müdaxilə etmək imkanını açıq saxlayır", - Qordon vurğulayıb.