İran Məkkə Müdafiə İttifaqına qoşulmağa hazır olduğunu açıqladı

İran Prezidenti Məsud Pezeşkian Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanan Məkkə Müdafiə İttifaqını müsbət addım kimi qiymətləndirib.

Teleqraf xəbər verir ki, bu barədə Məsud Pezeşkian "Əl-Cəzirə" telekanalına müsahibəsində bildirib.

O, müsəlmanların birləşməsinin vacibliyini vurğulayıb və Tehranın bu prosesdə iştirak etməyə hazır olduğunu bildirib:

"Bu, irəliyə doğru addımdır. Müsəlmanlar birləşməlidirlər və biz bu prosesdə iştirak etməyə hazırıq. Əlbəttə, onların qərarlarının detallarını hələ bilmirik".