Tramp makiyajından danışdı: “Meyitə oxşamaq istəmirəm”

ABŞ prezidenti Donald Tramp özünə az miqdarda makiyaj etdiyini və bunu özü etdiyini bildirib. Onun sözlərinə görə, məqsədi solğun görünməməkdir.

Sherg.az xəbər verir ki, Tramp Corciya ştatında keçirilən mitinqdə çıxışı zamanı kosmetik vasitələrdən istifadə etdiyini deyib.

“Çox az miqdarda kosmetik vasitədən istifadə edirəm və özüm çəkirəm. Heç olmasa bir az istifadə etməsən, meyitə oxşayarsan. Mən belə görünmək istəmirəm”, - deyə ABŞ prezidenti bildirib.

Bununla yanaşı, britaniyanın “Mirror” nəşrinə danışan peşəkar vizajist Sofiya Koks Trampın üzünün narıncı çalar almasına səbəb olan tonal kremdən həddindən artıq istifadə etdiyini iddia edib.

Nəşrin məlumatına görə, Tramp saçlarını qızılı rəngə boyamaqdan da imtina edib. Onun administrasiyasının əməkdaşlarından biri bunu ABŞ prezidentinin etdiyi “yeganə güzəşt” kimi qiymətləndirib.