Xırdalanda 25 yaşlı oğlan binadan yıxılaraq ölüb

Xırdalanda 25 yaşlı oğlan binadan yıxılaraq ölüb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə Abşeron rayonunun Xırdalan şəhərində yerləşən “Kristal Abşeron” yaşayış kompleksində qeydə alınıb.

2001-ci il təvəllüdlü Cavid Hüseynov çoxmərtəbəli yaşayış binasından yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerindəcə həyatını itirib.

Hadisənin başvermə səbəbləri araşdırılır.