Bakı müsəlman dünyasında həmrəyliyə mesaj verir - PARLAMENT
15:18 10.09.2025
Gündəm
698
“Bəhreynin dəstəyi Azərbaycanın beynəlxalq mövqelərinə geniş rezonans qazandıracaq”
"ABŞ-nin ştat konqresmenləri ilə də xüsusi əlaqələr yaradılmalıdır".
Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında deputat Asim Mollazadə deyib.
O qeyd edib ki, ABŞ təkcə Vaşinqtondan ibarət deyil: "Amerikanın bütün ştatları və onların konqresmenləri ilə sıx əməkdaşlıq etmək lazımdır. Çünki bəzən Amerikanın ayrı-ayrı ştatlarından fərqli fikirlər ortaya çıxır. Bu məsələlərə daha çox maraq göstərməliyik".
"Qarabağın və Şərqi Zəngəzurun bərpasına ABŞ şirkətləri cəlb edilə bilər"
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov deyib ki, Qarabağın və Şərqi Zəngəzurun bərpasına ABŞ şirkətləri cəlb edilə bilər. O qeyd edib ki, Amerikanın böyük təcrübəsindən və maliyyə dəstəyindən yararlana bilərik: “Mina təmizlənməsi məsələsində də Ağ Ev yardımları faydalı olar”.
Deputat Sevinc Fətəliyeva deyib ki, Azərbaycanın statusu və imici dəyişib. O qeyd edib ki, hazırda yeni bir reallıq yaranıb: "Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra güclənən mövqeyi bunu təmin edib. Sözsüz ki, bundan sonra daha çox iş görülməlidir. “Hücum diplomatiyası”na uyğun olaraq ardıcıl işlər davam etdirilməlidir".
"Bəhreyndə Azərbaycan səfirliyinin açılması strateji əhəmiyyət daşıyır"
Deputat Elçin Mirzəbəyli deyib ki, bu addım Azərbaycanın Körfəz regionunda diplomatik şəbəkəsinin genişlənməsi deməkdir: "İndiyə qədər Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt və Qətərlə diplomatik münasibətlərimizi gücləndirmişdik, indi isə Bəhreynin əlavə olunması Bakı üçün bütün Körfəz ölkələri ilə əlaqələrin tam siyasi-institusional əsasda qurulması anlamına gəlir. İkincisi, iqtisadi tərəfi nəzərə almaq lazımdır. Bəhreyn kiçik ölkə olsa da, maliyyə mərkəzi statusuna malikdir və Körfəz kapitalının idarə olunmasında mühüm rolu var. Burada səfirliyin açılması Azərbaycan üçün yeni investisiya kanallarının, xüsusilə turizm və maliyyə texnologiyaları sahəsində əməkdaşlığın gücləndirilməsi imkanını açır. Üçüncüsü, Bəhreyn həm İslam Əməkdaşlıq Təşkilatında, həm də ərəb dünyasında Azərbaycanın mövqelərini dəstəkləyən ölkələrdən biridir. Qarabağ məsələsində də Bakının mövqeyinə ardıcıl dəstək göstərib. Bu dəstəyi institusional əməkdaşlıqla möhkəmləndirmək Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqelərinin regionda daha geniş rezonans tapmasına kömək edəcək”. Deputat qeyd edib ki, bu qərar həm də simvolik və ideoloji mesajdır. Azərbaycan müsəlman dünyasında həmrəyliyin təşviqinə xüsusi əhəmiyyət verdiyini bir daha təsdiqləyir.
Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin sayı 93-ə çatacaq
Millət vəkili Rizvan Nəbiyev deyib ki, Bəhreyndə səfirliyin açılması ilə Azərbaycanın diplomatik nümayəndəliklərinin sayı 93-ə çatacaq. Deputat bildirib ki, bunlardan 70-i səfirlik, 9-u baş konsulluq və 6-sı daimi nümayəndəlikdir: “Milli Məclis 2026-cı ildə Asiya Parlament Assambleyasında sədrliyi Bəhreynə verəcək. Bəhreynlə Azərbaycan arasında yaxşı əməkdaşlıq mövcuddur. Diplomatik missiyalarımızın sayının artması, Azərbaycan Respublikasının beynəlxalq münasibətlər sistemində artan nüfuzunun və ikitərəfli münasibətlərə verdiyi dəyərin göstəricisidir. Biz bu göstəriciyə görə bəzi Avropa dövlətlərini arxada qoyuruq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Belçika çoban itinin fındıq sevgisi təəccübləndirdi
18:23 10.11.2026
Maraqlı
Paşinyan Parisdə Makronla görüşüb
18:11 10.11.2026
Gündəm
Bərdədə 40 yaşlı kişinin meyiti tapılıb
18:00 10.11.2026
Hadisə
Öz xəyallarında yaratdıqları Atatürk obrazı ilə... - Ərdoğan
17:37 10.11.2026
Gündəm
Tokayev: Süni sözlərə ehtiyac yoxdur
17:24 10.11.2026
Region
Jurnalistikamızın canlı KORİFEYİ...
17:11 10.11.2026
Media
Matviyenko Rusiyada miqrantların qanuniləşdirilməsinə çağırıb
17:02 10.11.2026
Dünya
Fransanın "Lion" komandasının yeni baş məşqçisi açıqlanıb
16:30 10.11.2026
Futbol
BMT: İqlim dəyişikliyi ciddi iqtisadi risklər yaradır
16:21 10.11.2026
İqtisadiyyat
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb
15:40 10.11.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
14:59 10.11.2026
Cəmiyyət
Qaradağ rayonunda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb
14:50 10.11.2026
Hadisə
Dekabrda neçə gün iş olmayacaq?
14:41 10.11.2026
Cəmiyyət
İran “Hörmüz” raketini hazırladı
14:33 10.11.2026
Region
Daha iki gün yağış yağacaq - XƏBƏRDARLIQ
14:06 10.11.2026
Ekologiya