Putin Dmitri Kozakı vəzifəsindən azad edib - YENİLƏNİB
22:18 18.09.2025
Siyasət
522
Rusiya Prezidenti Vladimir Putin Dmitri Kozakı Rusiya Prezident Administrasiyası rəhbərinin müavini vəzifəsindən azad edib.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Putin bu güm fərman imzalayıb.
Qeyd edək ki, Kozak prezident administrasiyası rəhbərinin müavini vəzifəsindən istefa verib.
***
Kreml Prezident Administrasiyası rəhbərinin müavini Dmitri Kozakın istefa verdiyini təsdiqləyib.
APA-nın Moskva bürosu xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Kozakın könüllü olaraq istefa verdiyini deyib.
O, bununla bağlı Kremlin hələ fərman dərc etmədiyini açıqlayıb.
***
Dmitri Kozak Rusiya Prezident Administrasiyası rəhbərinin müavini vəzifəsindən istefa verib.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.
Bildirilib ki, Kozakın Prezident Administrasiyası rəhbərinin müavini vəzifəsindən istefası qəbul edilib.
Qeyd edək ki, 1958-ci ildə Ukraynanın Kirovoqrad vilayətində doğulan Dmitri Nikolayeviç Kozak müxtəlif vəzifələrdə çalışıb. Rusiya Baş nazirinin müavini, regional inkişaf naziri, Prezidenti Cənub dairəsi üzrə səlahiyyətli nümayəndəsi və digər yüksək postları tutan Kozak 2020-ci ildən Prezident Administrasiyası rəhbərinin müavini vəzifəsində çalışıb.
Xatırladaq ki, “The New York Times“ avqustun əvvəlində öz mənbələrinə istinadən yazıb ki, hələ 2022-ci ildə Kozak prezident Vladimir Putinə Ukraynaya qoşun yeritməməyi tövsiyə edib və 2025-ci ildə o, sülh danışıqlarına başlamağı və Rusiyada daxili islahatlar aparmağı, o cümlədən təhlükəsizlik qüvvələrini hökumətə tabe etməyi təklif edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou
Bakıda bu yol tam bağlanır
12:14 11.09.2026
İnfrastruktur
Paşinyan Özbəkistan Prezidentinə zəng etdi
11:49 11.09.2026
Gündəm
"Bavariya"nın 13 illik seriyası davam edir
11:36 11.09.2026
Futbol
Türkiyədə 43 bələdiyyə işçisi və podratçı saxlanılıb
10:37 11.09.2026
Region
"Bazel" baş məşqçisi Ştefan Lixtştaynerlə yollarını ayırıb
10:36 11.09.2026
Futbol