Formula 1 pilotları artıq Bakıdadır
12:00 18.09.2025
İdman
385
Formula 1 pilotları və komandaları bu həftəsonu keçiriləcək Azərbaycan Qran-Prisi üçün Bakı Şəhər Halqasında artıq hazırlıqlara başlayıblar.
Teleqraf xəbər verir ki, bu yarış mövsümün 17-ci mərhələsi kimi təqvimdə yer alır. Dünyanın ən məşhur Formula 1 pilotları artıq Bakının "Paddock" ərazisindədirlər. Sabah start götürəcək Azərbaycan Qran-Prisi öncəsi, yarış həvəskarları pilotların hazırlıq prosesini yaxından izləmək imkanı qazanırlar.
Bu gün "Paddock"da Maks Ferstappen, Karlos Sayns, Fernando Alonso və digər dünya şöhrətli pilotlar ilk rəsmi görünüşlərini təqdim ediblər. Onlar bolidlərini yoxlayıb, mühəndisləri ilə son dəqiqləşdirmələri edərək sabahkı starta hazırlaşıblar.
Pilotların "Paddock"a gəlişi artıq Bakı küçələrində Formula 1 atmosferini hiss etdirir. Tribunalar və Fan Zonalar üçün hazırlıqlar sürətlə yekunlaşır, komandalar isə hər bir detalı dəqiqliklə nəzərdən keçirərək böyük yarışa hazırlaşır.
Formula 1 həvəskarları üçün "Paddock" – dünyanın ən sürətli pilotlarını və onların komandalarını yaxından izləmək, yarışın arxa səhnəsində baş verənləri canlı görmək fürsətidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou
Bakıda bu yol tam bağlanır
12:14 11.09.2026
İnfrastruktur
Paşinyan Özbəkistan Prezidentinə zəng etdi
11:49 11.09.2026
Gündəm
"Bavariya"nın 13 illik seriyası davam edir
11:36 11.09.2026
Futbol
Türkiyədə 43 bələdiyyə işçisi və podratçı saxlanılıb
10:37 11.09.2026
Region
"Bazel" baş məşqçisi Ştefan Lixtştaynerlə yollarını ayırıb
10:36 11.09.2026
Futbol
37 yaşlı kişi həyətində ölü tapıldı
10:29 11.09.2026
Hadisə
Bakıda xanıma qarşı nalayiq ifadələr işlədən kişi həbs edildi
10:26 11.09.2026
Hadisə
Bu türk ölkəsi “Avroviziya”ya buraxılmadı
10:17 11.09.2026
Şou
AfD Mertsdən polisə şikayət etdi - “Bu dəfə həddini aşdı”
10:03 11.09.2026
Dünya