Kosmosda axtarılan həyat bu planetdə tapıldı
11:38 24.10.2025
Maraqlı
565
Astronomların araşdırmasına görə, Gliese 251 adlı ulduzun - Günəşdən 18 işıq ili uzaqlıqda yerləşən qırmızı cırtdanın ətrafında həyat üçün potensial yararlı olan “Super-Yer” adlı bir planet fırlanır.
Teleqraf xəbər verir ki, bu barədə “Astronomical Journal”da dərc olunan elmi məqalədə bildirilib.
2020-ci ildən məlum olan və ulduzun ətrafında məhdud orbitdə fırlanan Gliese 251b planetindən başqa, indi ikinci planet - Gliese 251c də aşkar edilib. Bu planet ulduzun ətrafında hər 54 gündə bir dəfə dövr edir.
Tədqiqatın həmmüəllifi, Pensilvaniya Universitetindən Suvrat Mahadevan kəşf haqda deyib:
“Bu ekzoplanet ulduzun həyat zonasındadır. Yəni ulduzdan olan məsafə elədir ki, əgər planetin uyğun atmosferi varsa, onun səthində maye suyun mövcud olması mümkündür”.
Alimlər hesab edirlər ki, Gliese 251c biosiqnalların, yəni həyatın mövcudluğunu göstərən molekulların axtarışı üçün ən uyğun obyektlərdən biridir. Belə bir axtarış bir neçə ildən sonra, hazırda Çilidə inşa edilən və bu onilliyin sonuna qədər istifadəyə veriləcək Avropa Cənub Rəsədxanasının nəhəng teleskopu (ELT) vasitəsilə başlaya bilər. ELT təkcə planetin birbaşa görüntüsünü əldə etməyə deyil, həm də onun atmosferini öyrənməyə imkan verəcək.
Astronomlar hələlik bu planeti birbaşa müşahidə etməyiblər, onun mövcudluğunu yalnız dolayı yolla sübut ediblər. Dəqiq desək, planet ulduzun ətrafında deyil, ulduzla birlikdə ortaq cazibə mərkəzinin ətrafında fırlanır. Əgər planet çox böyükdürsə və ya ulduz kiçikdirsə, ulduzun hərəkətini Dopler effekti vasitəsilə uzaqdan aşkar etmək mümkündür.
Məhz bu üsulla astronomlar 2020-ci ildə Gliese 251-in yaxınlığında bir planetin mövcudluğunu aşkarlamışdılar. O, Yer kürəsindən təxminən dörd dəfə ağırdır, buna görə də “Super-Yer” adlanır və ulduzun ətrafında hər 14 gündə bir dövr edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yuxudan duran kimi bunu edin
08:20 09.11.2026
Cəmiyyət
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm