
Təmizlik məqsədilə ölümə gedirik - Həkim - terapevt
14:36 27.10.2025
Sağlamlıq
781
Şəmsiyyə Namazova: “Hamam və tualetdə istifadə olunan kimyəvi maddələr ölümcül təsir göstərə bilər”
“Sirkə və soda kimyəvi təmizləyicilərdən qat-qat təhlükəsizdir”
Norveçin Berqen Universitetində aparılan 20 illik araşdırma ev təmizliyi ilə bağlı narahatedici nəticələr ortaya qoyub. 6 min nəfərin iştirakı ilə keçirilən tədqiqat göstərib ki, evdə tez-tez təmizlik edən və ya bu sahədə işləyən qadınlarda ağciyər funksiyası, gündə 20 siqaret çəkən insanlardakı qədər azalır.
Alimlər bu vəziyyəti təmizləyici kimyəvi vasitələrin illərlə tənəffüs olunması ilə izah edirlər. Bu maddələrin tərkibindəki mikrozərrəciklər və qıcıqlandırıcı komponentlər ağciyərlərin vaxtından əvvəl qocalmasına, astma və digər tənəffüs xəstəliklərinin riskinin artmasına səbəb olur. Mütəxəssislər ağciyərləri qorumaq üçün bir neçə sadə qaydaya əməl etməyi tövsiyə edir: təmizliyə mikrofiber və su ilə üstünlük vermək, otaqları yaxşı havalandırmaq, sprey və aerozollardan mümkün qədər uzaq durmaq.
Araşdırma müəllifləri vurğulayır ki, gündəlik kiçik dəyişikliklər gələcəkdə sağlam tənəffüs sistemi üçün böyük fayda verə bilər.
Həkim - terapevt Şəmsiyyə Namazova Sherg.az-a açıqlamasında məişət təmizliyində istifadə olunan kimyəvi maddələrin sanitar-gigiyenik qaydalara riayət etmək üçün vacib vasitələr olduğunu deyib. Lakin həkim qeyd edib ki, bu maddələr düzgün və ehtiyatla işlədilmədikdə, insan sağlamlığı üçün ciddi təhlükə yaradır:

“İnsanların çoxu bu vasitələrin gücünü və tərkibindəki kimyəvi reaksiyaların riskini tam dərk etmir. Nəticədə, təmizlik məqsədi ilə istifadə olunan bu məhsullar zəhərlənmə, yanıq, allergiya və hətta ölüm kimi ağır fəsadlara gətirib çıxara bilir.
Ən çox təhlükə doğuran maddələrdən biri xlorlu ağardıcılardır. Onlar güclü dezinfeksiyaedici xüsusiyyətə malik olsa da, düzgün istifadə edilmədikdə çox zərərli qazlar əmələ gətirə bilər. Digər təhlükəli maddələr ammiak tərkibli təmizləyicilərdir. Onlar da bəzi şüşə silici və universal yuyucu vasitələrin tərkibində olur. Xlorlu məhsullarla təmas etdikdə xloramin qazı yaranır ki, bu qaz da xlor qədər təhlükəlidir. Bu maddənin buxarını nəfəsə çəkmək öskürək, gözyaşarması, təngnəfəslik və boğazda yanma hissi yaradır. Uzunmüddətli məruz qalma isə ağciyərlərdə iltihab, astma tutmaları və xroniki tənəffüs problemlərinə səbəb ola bilər”.
Ş. Namazova həmçinin bildirib ki, güclü turşu və qələvi əsaslı təmizləyicilər də diqqət tələb edir. Tualet, boru və kafel təmizləyicilərinin tərkibindəki maddələr dəri və gözlə təmasda kimyəvi yanıq əmələ gətirir:
“Gözə sıçradıqda isə qismən və ya tam korluğa səbəb ola bilər. Bu cür məhsullardan istifadə edərkən mütləq əlcək, maska və qoruyucu eynək taxmaq lazımdır. Əks halda, həm dəridə yanıqlar, həm də tənəffüs yollarında ciddi zədələnmələr baş verə bilər. Zəhərlənmələr çox vaxt qapalı və havasız məkanlarda baş verir. Hamam və tualet kimi yerlərdə buxar və qaz daha sürətlə toplanır, nəticədə zəhərli maddələrin təsiri qat-qat artır. Buna görə də təmizlik zamanı otağın havasını dəyişmək, qapı-pəncərəni açıq saxlamaq və mümkün olduqda ventilyator işə salmaq vacibdir”.
Həkimin sözlərinə görə, bəzi hallarda kimyəvi maddələrə alternativ təbii vasitələrdən istifadə etmək mümkündür:
“Sirkə, soda və sabun məhlulları ilə bir çox səthləri zərərsiz şəkildə təmizləmək olar. Bu həm sağlamlıq, həm də ekoloji baxımdan daha təhlükəsizdir. Kimyəvi təmizləyici vasitələrdən düzgün istifadə edilmədikdə onlar xeyirdən çox zərər gətirə bilər. Məqsəd yalnız parıltı yaratmaq deyil, həm də ailə üzvlərinin sağlamlığını qorumaqdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət