İsrail Qəzza şəhərinə aviazərbələr endirib, ölənlər var - YENİLƏNİB

İsrailin Qəzza şəhərinin cənubundakı Əl-Sabra rayonuna endirdiyi aviazərbə nəticəsində iki nəfər ölüb, bir neçə nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə Al-Aqsa TV mülki müdafiə xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, zərbə nəticəsində dörd nəfər, müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan biri uşaqdır.


***

22:50

İsrail Hərbi Hava Qüvvələri Qəzza şəhərinin bir neçə rayonuna aviazərbələr endirib.

APA xəbər verir ki, bu barədə Al Jazeera telekanalı məlumat yayıb.

Məlumata görə, aviabombalardan biri şəhərin şimalında yerləşən Əl-Şifa tibb mərkəzini hədəf alıb.

Eyni zamanda, Al Mayadeen telekanalı İsrailin Qəzzanın qərbində yerləşən Əl-Şati qaçqın düşərgəsinə də zərbə endirdiyinə dair məlumat yayıb.