7 ildən bir görünən sirli ada!
Yusif Sultanoğlu
06:13 21.11.2023
Dünya
560
“Burada 2 gün qaldıqdan sonra həkim oldu”
Atlantik qitəsi kimi bu adanın da sadəcə hər 7 ildən bir göründüyü hələ də elmi təsdiqini tapmayıb. Adalar ölkəsi İrlandiyanın qərbində olduğu iddia edilən Brasil adasını görmək üçün bütün sərvətini xərcləyib müflis olanlar da var.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bu adada 2 il qaldıqdan sonra həkim olan insanın hekayəsini təqdim edir. Adaya İrlandiya kralı Bresalın şərəfinə Brasil adı verilib. Hy-Brasil adlı ada bəlkə də heç bir zaman mövcud olmayıb, lakin xəritədə İrlandiyanın qərbində çox kiçik bir ada olaraq göstərilir. Bu adanın hər 7 ildən bir göründüyü, digər zamanlarda isə ətrafını sarmış duman, çən səbəbindən gözə görünmədiyi ehtimal edilir. Bu ehtimallar da onu dünyanın sirli, möcüzəli adaları siyahısına daxil edib. Ona “müqəddəs ada” da deyilir. İndiyədək yalnız bir neçə nəfər bu adaya səyahət etdiyini və onu gördüyünü deyib. 1480 və 1481-ci illərdə Bristoldan iki nəfər yola çıxıb və 1487-ci ildə ailələrinə məktub yazaraq adanı gördüklərini bildiriblər. İki ingilis də adanı görmək üçün səfərə çıxıb və bu yolda bütün sərvətlərini xərcləyiblər. Ada ilə bağlı başqa bir ilginc hekayə isə 1664-cü ildə Murrough O.Ley adlı bir nəfərin həyat yoldaşıyla mübahisə edib evdən çıxdığını, təsadüfən yelkənli bir gəmiyə minərək İrlandiya sahillərinə çatdığını və Brasilya adlanan bir adada 7 il qaldıqdan sonra özündə təbiblik keyfiyyətləri aşkarladığı barədədir. Deyilənə görə, adam adada 7 il qalıb və buranın havası, özəlliyi sayəsində tibb elminə yiyələnib. Guya ki, adada yaşayan yaşlı bir insan ona təbabətə aid bir kitab bağışlayıb. Və kitabı 7 il ərzində açmamağı məsləhət görüb. 7 ildən sonra isə O.Ley kitabı oxumağa başlayıb və nəticədə təbib olub. Adanı son olaraq görüntüyə alansa irlandiyalı arxeoloq Tomas Conson Vestroppdur. Arxeoloq adanı 12 yaşı olanda görüb. Onlar ailəlikcə səyahət edirmiş. Yanında 2 dostu da varmış. Sonralarsa İrlanda Kral Akademiyasına yazdığı məktubda bunları qeyd edib: “Göy üzünün açıq olduğu bir axşam idi. Qızılı rəngdə günəş batırdı. Günəş batarkən dənizin ortasında qara rəngli bir ada göründü. Onu yanımdakı hər kəs gördü. Sonra ada gözdən itdi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat