ABŞ Belarusdan gübrə almaq üçün böyük sövdələşmə üzərində işləyir - Tramp

ABŞ Belarusdan kalium gübrələrinin alınması ilə bağlı böyük sövdələşmə üzərində işləyir. Bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

Sherg.az xəbər verir ki, “ABŞ Belarusdan kalium gübrəsi almaq üçün böyük sövdələşmə üzərində işləyir”, - Tramp Truth Social platformasında yazıb.

Onun sözlərinə görə, qiymət ABŞ-ın bu cür gübrələr üçün Kanadaya ödədiyi məbləğdən xeyli aşağı olacaq.

Ötən həftə Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdə ABŞ prezidentinin xüsusi nümayəndəsi Con Koulu qəbul edib. Bildirilib ki, Minsk “xoşməramlı jest” olaraq 25 məhbusu azad etmək, Vaşinqton isə Belarusun iki şirkətinə qarşı sanksiyaları aradan qaldırmaq qərarına gəlib.

Belarusun kalium gübrəsi istehsalçılarına qarşı sanksiyalar hələ 2026-cı ilin martında aradan qaldırılıb.