
ABŞ-Çin əlaqələrində hər hansı gərginlik fonları yaşanmayacaq -Politoloq
11:34 01.04.2025
Dünya
509
Çin xarici işlər nazirinin sonuncu açıqlaması ölkə administrasiyasının ABŞ-dakı yeni rəhbərliyə mesajı kimi qiymətləndirilməlidir
Çin ABŞ-ı strateji təhlükəsizliyə xələl gətirən hərəkətləri dayandırmağa çağırır.
Bunu Çinin xarici işlər naziri Van Yi deyib.
O bildirib ki, xüsusilə, Vaşinqton milli təhlükəsizlik siyasətində nüvə silahının rolunu azaltmalı, nüvə ittifaqlarının yaradılmasından imtina etməli, orta mənzilli raketləri digər dövlətlərin sərhədləri yaxınlığında yerləşdirməməli və qlobal raketdən müdafiə sistemini inkişaf etdirməyi dayandırmalıdır.
Politoloq Tural İsmayılov "Sherg.az"a deyib ki, Pekin və Vaşinqton arasındakı münasibətlər Trampın Çindən gələn malların rüsumunu qaldırması ilə bağlı tətbiq etdiyi iqtisadi siyasət nəticəsində gərginləşir:

"Nəzərə almaq lazımdır ki, Trampın hakimiyyəti dövründə ABŞ və Çin arasındakı ənənəvi rəqabət mühitinin daha konstruktiv formada davam edəcəyini gözləyə bilərik. Ağ Evin yeni rəhbərliyində iqtisadi kimlik və iqtisadi siyasət əsas avanqardlardan biridir. Ona görə də bundan sonra Tramp administrasiyasının xarici siyasət kursunda iqtisadi maraqlar və konsepsiyalar ön planla yer tutacaq. Bu mənada ABŞ-Çin əlaqələrində hər hansı gərginlik fonları yaşanmayacaq. Lakin bu dövlətlər arasında əzəli rəqabət var. İki böyük siyasi gücün dünyadakı qlobal patronajlığına iddiaları onları həmişə bir-birinə qarşı qoyur. Bu baxımdan Çin xarici işlər nazirinin sonuncu açıqlaması ölkə administrasiyasının ABŞ-dakı yeni rəhbərliyə mesajı kimi qiymətləndirilməlidir".
Politoloqun fikrincə, hər bir halda Vaşinqton da diplomatik səviyyələrdə Çinin açıqlamasına cavab verəcək:
"Lakin Pekin özəlliklə bu il ərzində Tayvanla bağlı daha çox addımlar ata bilər. Son dövrlərdə Çinin Tayvan yaxınlığındakı hərbi təlimləri də çoxaltması özünün Vaşinqtonla qarşıdurma səviyyəsini daha da dərinləşdirir. Ümumiyyətlə Çin və ABŞ bir-birlərinə qarşı ittihamlar səsləndirsələr də, Pekinin əsas məqsədi Ağ Evi Tayvanla bağlı siyasətində müəyyən yumşalmalara təhrik etməkdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya ordusu Ukraynada iki yaşayış məntəqəsini nəzarətə götürüb
15:02 31.07.2026
Dünya
İnfantinonun müşaviri FIFA-nın planına etiraz olaraq istefa verdi
14:38 31.07.2026
Futbol
Külək nə vaxt zəifləyəcək? - Açıqlama
14:32 31.07.2026
Ekologiya
SEPAH üzvlərinin meyitləti İrana gətirildi
14:26 31.07.2026
Dünya
Polşa ərazisində partlayan raket Rusiyaya məxsus olub
13:59 31.07.2026
Dünya
Avropa liderləri Trampdan “qaçırlar”
13:52 31.07.2026
Dünya
Zelenski Rusiya və Ukraynanın itkilərini açıqladı
13:46 31.07.2026
Dünya
Mey Putindən danışdı: "Keçmiş KQB əməkdaşı" olmur
13:40 31.07.2026
Dünya
Saakaşvilinin hakimiyyətə qayıdışı ilə bağlı açıqlama
13:25 31.07.2026
Cənubi Qafqaz
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana səfər edəcək
13:01 31.07.2026
Siyasət
Fransa İspaniya ilə sərhəddə nəzarəti gücləndirdi
12:01 31.07.2026
Dünya
Karapetyanın evində axtarış aparılıb
11:54 31.07.2026
Region