ABŞ-da afroamerikalılara ilk dəfə təzminat ödəniləcək
16:45 24.03.2021
Dünya
604
Evanston, ABŞ-da yardım almaq hüququna malik afroamerikalı ailələrə 400 min dollar maliyyə vəsaiti ayıracaq ilk şəhər olacaq.
Sherg.az "azərtac"a istinadən xəbər verir ki, İllinoys ştatındakı Evanston şəhər şurası qaradərili sakinlərə əvvəllər diskriminasiyaya və uzunmüddətli köləliyə məruz qaldıqlarına görə təzminatların ödənilməsinə razılıq verib.
ABŞ-da birinci ola biləcək planın məqsədi həmin məbləğin buna hüququ olan afroamerikalıların ev təsərrüfatları arasında bölüşdürülməsindən ibarətdir. Belə ki, 73 min əhalisi olan şəhərin həmin tələblərə cavab verən ailələri evin təmiri və ya alınması məqsədilə ilkin məbləğin ödənilməsi üçün 25 min dollar almaq hüququna malik olacaqlar.
Təşəbbüsü hələ 2019-cu ildə təqdim etmiş qanunverici, oldermen Robin Ryu Simmons razılaşmanı müsbət başlanğıc adlandıraraq bu istiqamətdə daha çox işlərin görülməli olduğunu söyləyib. Proqramın maliyyələşdirilməsi marixuananın rekreasiya məqsədilə satışına və ianə toplanmasına qoyulmuş üç faizlik vergi hesabına həyata keçiriləcək. Şəhər 10 il ərzində təxminən 10 milyon dollar sərf etməyi planlaşdırır.
Müvafiq meyarlara cavab verən sakinlər Evanstonda ya özləri yaşamalı, yaxud da onlar, 1919-1969-cu illərdəki qanunlara görə siyasət və mənzil məsələlərində diskriminasiyaya məruz qalmış afroamerikalıların birbaşa nəslindən olmalıdırlar. R.Simmons bildirib ki, bir qrup təzminat tərəfdarı sözügedən proqramla əlaqəli məhkəmədə yarana biləcək mübahisəli məsələlərlə bağlı pulsuz hüquqi yardım göstərəcəyini bəyan edib.
Bu plana qarşı yeganə səs verən oldermen Siseli Fleminq reparasiyaları dəstəklədiyini söyləsə də, şəhər şurasının müzakirə etdiyi məsələləri reparasiya deyil, mənzil tikintisi planı hesab etdiyini önə çəkib. O, şərtlərin şikayətçilərin özləri tərəfindən diktə edilməli olduğunu vurğulayıb. Proqramı paternalist adlandıran S.Fleminq hesab edir ki, afroamerikalılar onsuz da öz pullarını necə xərcləməyi bilməyəcəklər. Texasdan olan Nümayəndələr Palatasının üzvü Şeyla Cekson Li afroamerikalılara kompensasiyaların ödənilməsi üzrə təkliflərin öyrənilməsi və hazırlanması üçün komissiyanın maliyyələşdirilməsini nəzərdə tutan qanunvericiliyi yenidən qəbul edib. Kompensasiya məsələsi ötən ilin xüsusi mübahisəli mövzusu olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya