ABŞ-ın 200 minədək vizanı ləğv etmək planı demək olar ki, rusiyalılara şamil olunmayacaq. Buna səbəb 2022-ci ildən etibarən Rusiya vətəndaşlarına yeni vizaların, demək olar ki, verilməməsidir.
Sherg.az xəbər verir ki, bu barədə TASS Rusiya Turizm Operatorları Assosiasiyasının (ATOR) mətbuat xidmətinə istinadən məlumat yayıb.
Daha əvvəl ABŞ administrasiyasının ölkəyə daxil olduqdan sonra sığınacaq üçün müraciət edən və ya artıq müvafiq prosedurdan keçən əcnəbilərin 200 minədək qeyri-immiqrasiya vizasını ləğv etməyi planlaşdırdığı bildirilmişdi.
ATOR-un açıqlamasında qeyd olunub ki, Rusiya vətəndaşlarına yeni turist və biznes vizaları, demək olar ki, verilmədiyindən, bu yenilik yalnız vizanı 2022-ci ildən əvvəl əldə edən, hazırda ABŞ-da olan və sığınacaq üçün müraciət etmiş şəxslərə şamil oluna bilər.
“Yeni turist və biznes vizalarının Rusiya vətəndaşlarına demək olar ki, verilmədiyini nəzərə alsaq, bu yeniliyin əhatə dairəsinə yalnız vizanı 2022-ci ildən əvvəl alan, hazırda ABŞ-da olan və sığınacaq üçün müraciət edən şəxslər düşə bilər”, — deyə məlumatda bildirilir.
Assosiasiya vurğulayıb ki, bu xəbər rusiyalıların və ya Rusiyadan ABŞ-a işgüzar səfər edənlərin mütləq əksəriyyəti üçün aktual deyil.
Daha əvvəl KP.RU Nyu-York dairə məhkəməsinin ABŞ Dövlət Departamentinin Rusiya vətəndaşları üçün immiqrasiya vizalarının rəsmiləşdirilməsinə qoyduğu qadağanı ləğv etdiyini də yazıb.